Koreya Azərbaycana 500 min dollar həcmində tibbi avadanlıqlar ianə edib

Koreya Azərbaycana 500 min dollar həcmində tibbi avadanlıqlar ianə edibKoreya Azərbaycana tibbi avadanlıqlar ianə edib.
KONKRET.az xəbər verir ki, oktyabrın 15-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Koreya hökuməti arasında əməkdaşlığın növbəti mərhələsi baş tutub.
Koreya tərəfindən "Kiçik Həcmli İnkişafa Rəsmi Yardım" proqramı çərçivəsində Gəncə şəhər Birləşmiş Xəstəxanasına tibbi avadanlıqlar ianə edilib. Bu təşəbbüs Azərbaycanda həssas əhali qruplarının, xüsusən də uşaqların sağlamlığını qorumağa və onların tibbi xidmətlərə çıxışını yaxşılaşdırmağa yönəlib.
Layihə Agentlik ilə Koreya hökuməti arasında davam edən səmərəli və uzunmüddətli əməkdaşlığın bir hissəsidir.
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev təhvil-təslim mərasimində bildirib ki, bu cür layihələr ölkənin səhiyyə sisteminin inkişafına mühüm töhfə verir: "Layihənin əsas məqsədi ölkəmizdə tibbi xidmətlərin həm əlçatanlığını, həm də keyfiyyətini artırmaqdır. Bu avadanlıqlar icbari tibbi sığorta ilə bölgə əhalisinin keyfiyyətli və müasir tibbi xidmətlərə çıxışını təmin edəcək".
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vurğulayıb ki, Koreya ilə tərəfdaşlıq çərçivəsində ölkədə səhiyyə işçilərinin peşəkar bacarıqlarının artırılması və tibbi avadanlıqların təmin edilməsi istiqamətində mühüm layihələr həyata keçirilir: "Bu əməkdaşlıq səhiyyə sistemimizin davamlı inkişafına və vətəndaşlarımızın sağlamlığının qorunmasına mühüm töhfələr verməkdədir".
"Ürək-damar xəstəliklərinin müalicəsi üçün tibb mərkəzlərinin ən müasir tibbi avadanlıqlarla təmin edilməsi zəruridir. Bu səbəbdən də səfirliyimiz ürək-damar xəstəlikləri ilə bağlı Azərbaycan vətəndaşlarının təhlükəsiz və səmərəli tibbi xidmətlər ala bilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əl-ələ verərək bu ilki kiçik həcmli inkişafa rəsmi yardım layihəsini həyata keçirir", – Koreyanın Azərbaycandakı səfiri Li İn-Yonq əlavə edib.
Gəncə şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov, öz növbəsində, aidiyyəti qurumlara göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.
İanə edilmiş avadanlıqlara defibrilyator, anesteziya aparatı, süni tənəffüs cihazı, xəstə monitoru, əməliyyat lampası, əməliyyat masası, elektrocərrahiyyə aparatı, cərrahi aspirasiya aparatı, alət dəsti, infuziya sistemi daxildir.
Əlavə olaraq, reanimasiya şöbəsi üçün reanimasiya çarpayıları, xəstə monitoru, reanimasiya ventilyatoru, defibrilyator, aspirasiya aparatı, pediatriya üçün ultrasəs cihazı təqdim edilib. Reanimasiya və intensiv terapiya bölmələrində istifadə ediləcək avadanlıqlar ölüm riski yüksək olan pasiyentlərin müalicəsi üçün mühüm əhəmiyyət daşıyır. Koreya Hökuməti tərəfindən ianə edilən tibbi avadanlıqların ümumi dəyəri 500 min ABŞ dolları təşkil edir.
Qeyd edək ki, bu təşəbbüs Koreyanın Azərbaycana ilk yardımı deyil. Əvvəlki illərdə də Koreya tərəfindən TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrinə ana və uşaq sağlamlığının qorunması üçün avadanlıqlar ianə edilib, həmçinin COVID-19 pandemiyası dövründə müayinə köşkləri təhvil verilib../report

Sağlamlıq       Tarix: 15 oktyabr 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav


yeni xeberler son xeberler azerbaycan xeberleri xabar az şou biznes xəbərləri son.xabar cəbhədən canlı