Koronaviruslu xəstələri müalicə edən həkim: "İki həftədən sonra yürüş aksiyasının nəticələrini görəcəyik" - FOTO

Koronaviruslu xəstələri müalicə edən həkim: "İki həftədən sonra yürüş aksiyasının nəticələrini görəcəyik" - FOTOKubalı həkimlər haradadır, onlar məgər "Yanardağ"ı və ya "İçərişəhər"i görməyə gəliblər?..
Azərbaycanda karantin rejimi daha iki həftə də uzadılacaq. Bu barədə iyulun 16-da prezidentin köməkçisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov açıqlama verərkən bildirib.
O qeyd edib: "Biz karantin rejiminin daha iki həftə uzadılmasına məcburuq. Təəssüf hissi ilə deməliyəm ki, Operativ Qərargah tərəfindən karantin rejiminin uzadılması və bunun qaçılmaz olması haqda müəyyən qərarlar qəbul edilib".
Xatırladaq ki, ölkədə martın 24-dən tətbiq olunan karantin rejimi aprelin 27-dən yumşaldılmağa başladılıb. Mayın 4-dən bu rejim bir qədər də yumşaldılsa da, daha sonra virusa yoluxma halları artdığı üçün iyun ayından etibarən ölkədə sərt karantin rejimi elan olundu. Artıq bir neçə həftədir ki, həftə sonları ictimai nəqliyyatın fəaliyyəti dayandırılır, ev təcridi tətbiq olunur.
Ölkədə ilk koronavirusa yoluxma halı fevralın 28-də başlayıb. İyulun 16-na olan son məlumata görə, bu günə qədər ölkədə 26 mindən çox insan koronavirusa yoluxub.  Onlardan 334 nəfəri vəfat edib. İyun ayından başlayaraq ölkədə koronavirusa yoluxanların sayı hər gün 500-dən çox olmağa başladı. Yalnız iyul ayının 16-da ilk dəfə olaraq yoluxma hallarının sayı 500-dən aşağı oldu - 493 nəfər. Virusdan ölənlərin sayı isə - 8 nəfər.
Beləliklə, mütəxəssislər bildirir ki, getdikcə ölkədə virusa yoluxanların sayında stabilləşmə, azalma müşahidə olunsa da, son yürüş aksiyasından sonra yoluxma sayı yenidən artmağa, gərginləşməyə başlayacaq.
"Karantin rejimi ölkəmiz üçün əhəmiyyətini itirib". 
Milli.Az bildirir ki, musavat.com məsələ ilə bağlı artıq uzun müddətdir ki, koronoviruslu xəstələrin müalicəsində iştirak edən, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti, həkim Ədalət Rüstəmin rəyini öyrənməyə çalışıb.
Koronaviruslu xəstələri müalicə edən həkim: "İki həftədən sonra yürüş aksiyasının nəticələrini görəcəyik" - FOTOHəkimin sözlərinə görə, iki həftə sonra yürüş aksiyalarının nəticələri özünü göstərməyə başlayacaq: "Biz axırıncı lokdaunun nəticələrini yaşayırıq. İki həftədən sonra isə yürüş aksiyasının nəticələrini görməyə başlayacağıq. Belə ki, yürüşlərdə çoxlu sayda insanın bir yerə toplanması və gecə vaxtı maska taxmaması, bir-birinə həddən artıq yaxın olması, basa-bas olması o deməkdir ki, yoluxma sayı yenə də artacaq. Bu baxımdan karantin rejimi ölkəmiz üçün əhəmiyyətini itirib. Baxmayaraq ki, maska taxanların sayı artıb, amma şahidi oluruq ki, maskadan düzgün istifadə edilmir, onu çənənin altında saxlayırlar. Bu, o deməkdir ki, tələb olunan qaydalara əməl edilmir".
"Adi halda küçələrdə, basa-basda virusa yoluxanlar arasında ölüm hadisəsi, demək olar ki, yox dərəcəsindədir"
Ədalət Rüstəm ixtisasca həkim olan ADP sədri Sərdar Cəlaloğlunun "yürüşdə emosional vəziyyətdə insanların müqavimət gücü o qədər artır ki, koronavirusa  yoluxma ehtimalı aşağı düşür" fikrinə də münasibət bildirib: "Bu, heç bir elmə əsaslanmayan, yanlış fikirlərdir. Virus hansı tərəfin məğlub və yaxud qalib olmasına baxmır".
Həkim son vaxtlar gənclər arasında da ölüm hadisələrinin artmasından danışdı: "Şahidi olduq ki, son vaxtlar gənclər, hətta gənc həkimlər bu virusdan dünyasını dəyişdi. Koronavirusda mutasiya gedir, lakin azalma tendensiyasına meyllidir. Həkimlərdə bu virus daha ağır ştamlara keçdiyi üçün ölüm halları qaçılmaz olur. Yəni mutasiya iki istiqamətdə gedir - yavaşlamağa və ağressivləşməyə doğru. Ölüm hadisələrinə səbəb aqressiv ştamdır. Doğrudur, çoxlu sayda gənclər də artıq bu virusa yoluxur. Lakin onların böyük əksəriyyəti sağalır. Hətta bir qismi heç müalicə almadan sağal bilirlər, çünki immun sistemləri güclü olur. Sual olunur ki, gənc həkimlərin ölüm hadisələrinin kökündə nə dayanır? Onlar aqressiv ştamlarla yoluxurlar. Çünki xüsusilə də kardioloqlar, reanimotoloqlar ən ağır xəstələrin müalicəsini aparır, onlarla yaxından təmasda olurlar. Ən ağır xəstə ağır ştamlarla yoluxmuş xəstə deməkdir. Kardioloji və yaxud reanimotoloji tədbirlər görüləndə həkimlər birbaşa həmin xəstələr ilə təmasda olur, virus yükləri çoxalır və onlar da yoluxur, çox təəssüf ki, ölüm halları da olur. Amma adi halda küçələrdə, basa-basda virusa yoluxanlar arasında ölüm hadisəsi, demək olar ki, yox dərəcəsindədir".
"Xəstələr bildirir ki, poliklinikaya müraciət etsələr də, onların çağırışlarına cavab verən yoxdur". 
Ədalət həkim qeyd etdi ki, hazırda vəziyyət kritik olduğu üçün xəstəxanalarda deyil, evdə müalicə almaq daha məqsədəuyğundur: "Çünki xəstəxanalarda, xüsusilə də modul tipli xəstəxanalarda personal çatışmazlığı var. Martın sonu, aprel ayında xəstəxanalarda koronaviruslu xəstələri qəbul edən personalın, demək olar ki, əksəriyyəti virusa yoluxub və hazırda müalicə alırlar, aralarında ölənlər də var. Yəni hazırda həkim çatışmazlığı yaşanır.
Yeni modul tipli xəstəxanalarda 70-80 xəstəyə çox az sayda həkim personalı xidmət göstərir. Yaranmış vəziyyətdən xəbərdar olan xəstələr artıq xəstəxanalarda müalicə almaqdan imtina edir, evdə müalicə almağa üstünlük verirlər. Lakin qeyd edim ki, poliklinika həkimləri ev şəraitində, ambulator müalicəyə cəlb olunmayıblar. Məsələn, mən bu gün 20-yə yaxın xəstəni müalicə edir, eyni zamanda telefon vasitəsi ilə virusa yoluxmuş xəstələrə cavab verirəm. Həmin xəstələr bildirir ki, poliklinikaya müraciət etsələr də, onların çağırışlarına cavab verən yoxdur. Bu xəstələr nə qeydiyyata alınıb, nə də testdən keçiriliblər. Bir sözlə, nəzarətdən, prosesdən kənarda qalıblar".
Həkim virusun orqanizmin bütün sistemlərini zədələdiyinə də diqqət çəkdi: "Məlum olduğu kimi koronavirus ümumilikdə bütün daxili orqanları, ağciyərləri, xüsusən də qanın laxtalanma sistemini zədələyir. Bunun üçün də xəstələrin müalicəsində bu amil nəzərə alınır".
"Şayiələr gəzir ki, hər ay kubalı həkimlərə 12 min dollar maaş veriləcək, halbuki öz ölkələrində 150-200 dollar maaş alan həkimlərdir"
O, həmçinin bu günlərdə Bakıya gələn 115 kubalı həkimdən söz açdı və həmin həkimlərin prosesdə iştirak etmədiyini iddia etdi: "115 nəfər Kubadan həkim heyəti gətirilib. Sual olunur: onlar haradadır və niyə prosesə cəlb olunmurlar? Şayiələr gəzir ki, hər ay onlara 12 min dollar maaş veriləcək, halbuki öz ölkələrində 150-200 dollar maaş alan həkimlərdir. Bəs bu 115 həkimin gətirilməsində məqsəd nədir? Bundan əvvəl Rusiyadan, Türkiyədən də həkim heyəti gətirilmişdi. Rusiyadan gələn 1-ci həkim heyəti arasında azərbaycanlı həkimlər də var idi. Onlar bizim xəstəxanaya da gəldi, vəziyyətlə tanış oldular və hətta bildirdilər ki, "sizdə vəziyyət bizimkindən yaxşıdır" və sairə. Bəs kubalı həkimlər haradadır? Onlar məgər "Yanardağ"ı və ya "İçərişəhər"i görməyə gəliblər? Niyə prosesdə iştirak etmirlər?"
Milli.Az /news.milli.az

Sağlamlıq     Baxılıb: 490   Tarix: 18 iyul 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Varikoz və oturaq həyat tərzi olanlara tövsiyə: Zəncəfil kömək edə bilər

Tərkibində gingerol maddəsi olan zəncəfilin tromb əleyhinə təsiri elmi cəhətdən sübut olunub. Bu maddə trombositlərin bir-birinə yapışaraq laxta (tromb) əmələ gətirməsinin qarşısını alır. -a istinadla bildirir ki, bu barəd

40 yaşdan yuxarı insanlar üçün təhlükəli qidalar - Xəbərdarlıq

40 yaşından etibarən pəhrizinizə əlavə diqqət yetirməlisiniz. xəbər verir ki, 40 yaşlarınızda bədəndə bir çox fizioloji dəyişikliklər başlayır. Metabolizm yavaşlayır, əzələ kütləsi azalır və bədən yağı artmağa meyllidir

Beyni qurudan, alzheimerə səbəb olan İÇKİ

Həkimlər beyin sağlamlığı üçün çəkinməli olduğunuz içkilərin adlarını açıqlayıblar. -a istinadən xəbər verir ki, amerikalı nevroloq Austin Perlmutter şəkər əlavə edilmiş içkilərin beyin sağlamlığı naminə menyudan çıxarılmal

Süd mədə ağrısına faydalıdırmı? - Həkim

Mədə yanması və qastritin müalicəsi üçün süd içmək faydalı vasitə deyil.   -a istinadən xəbər verir ki, idman həkimi Aleksandra Çistyakova xalq arasında olan inancdan danışıb. O qeyd edib ki, süd içməyin mədə ağrısını azaltdığın

Bu estetik prosedurlar nəticə vermir

"Dişləriniz kiçikdirsə dodaq dolğusunu çox etdirməyin. Üzdə ağız açıqkən üst dişlər görünməlidir". KONKRET.azxəbər verir ki, bu haqda plastik cərrah Mustafa Karaca bildirib. O, bəzi vacib maddələri bilmədən esteti

Gözü kor edə bilən - 3 məşhur QİDA

Tədqiqatlar sadə karbohidratların mürəkkəb karbohidratlarla əvəz edilməsinin vacibliyini bir daha sübut edib. Təəssüf ki, bədəninizə daxil etdiyiniz şey görmə orqanı kimi qiymətli sərvəti təhlükəyə ata bilər. -a istinadl

Dəfnə yarpağının SİRLİ MÖCÜZƏLƏRİ

Dəfnə yarpağı əsrlər boyu həm mətbəxdə, həm də xalq təbabətində xüsusi yer tutan bitkilərdən biri olub. Ətirli qoxusu ilə yeməklərə fərqli dad qatan bu yarpaq əslində sağlamlıq üçün olduqca qiymətli təbii vasitə hesab olunur

Qreypfrutun qabığının faydaları

Qreypfrut təkcə şirəli və vitaminlə zəngin meyvə kimi deyil, həm də qabığı ilə faydalı hesab olunur. KONKRET.azmilliaz-a istinadən xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bir çox insanın tulladığı qreypfrut qabığı əslind

Bu kartofları yeməyin – Zəhərlənmə riski var

Yaz aylarına yaxın evdə saxlanılan kartoflarda cücərmə və qabığın yaşıllaşması halları artır. xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, belə kartofları sadəcə təmizləyib istifadə etmək sağlamlıq üçün təhlükəli ol


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler 2026 sonxeber.az sosial yardim xeberler bugun 2026