Koronavirusun ən çox rast gəlinən 20 SİMPTOMU

Böyük Britaniyada 17 min 500 nəfərə aid məlumatlar göstərir ki, "Covid" testinin nəticəsi müsbət olmuş şəxslərdə indi ən çox rast gəlinən simptom boğaz ağrısıdır. Digər xarakterik əlamətlər isə baş ağrısı, burun tıxanıqlığı və öskürəkdir.
KONKRET.az BBC-yə istinadən xəbər verir ki, Britaniya Milli Sağlamlıq Xidmətinin (NHS) siyahısında ilk yerləri tutan yüksək hərarət və iybilmə/dadbilmənin itməsi əlamətləri artıq nadir hallarda ortaya çıxır.
Tez-tez rast gəlinən simptomlar səsin batması, asqırma, yorğunluq, əzələ ağrıları və başgicəllənmədir.
"Zoe App" tətbiqin məlumatlarına görə, "Covid-19"-un 20 əsas  əlaməti aşağıdakılardır:
boğaz ağrısı – 58%
baş ağrısı – 49%
burun tutulması – 40%
quru öskürək – 40%
burun axması – 40%
bəlğəmli öskürək – 37%
səs tutulması – 35%
asqırma – 32%
yorğunluq – 27%
əzələ ağrıları – 25%
başgicəllənmə – 18%
limfa düyünlərinin şişməsi – 15%
göz ağrısı – 14%
iybilmə hissinin dəyişməsi – 13%
sinə ağrıları – 13%
qızdırma – 13%
tərləmə-titrəmə – 12%
tənginəfəslik – 11%
qulaq ağrısı- 11%
dadbilmə hissinin itməsi – 10%.
Bu əlamətlərə digər araşdırmalarda da rast gəlinir.
Koronavirusun ən çox rast gəlinən 20 SİMPTOMUBritaniyada "React-1" sorğu mərkəzinin təsadüfi yolla seçilən 150 min nəfərin məlumatlarına əsaslanan araşdırmasına görə də pandemiyanın ortaya çıxmasından bugünədək "Covid-19" simptomlarında dəyişiklik baş verib.
Alimlər qeyd edirlər ki, buna səbəb vaxt keçdikcə virusun dəyişməsi və ya mutasiyası ola bilər.
İlk dəfə Uhanda aşkar edilmiş "Covid-19" sonradan müxtəlif variantlarda ortaya çıxıb və bu variantlardan biri olan "Omicron" dominant növə çevrilib.
"React-1" araşdırmasının müəllifləri – "Imperial College London"-un tədqiqatçıları qeyd edirlər ki, bu variantda ən az rast gəlinən əlamətlər iybilmə və dadbilmə hissinin itməsidir.
"Omicron"-un bu ilin mart ayından etibarən sürətlə yayılmağa başlamış BA.1 və BA.2 növlərində daha çox qrip simptomlarını xatırladan vəziyyət müşahidə olunub.
Sonra "Omicron"un iki alt variantı – BA.4 və BA.5 dominant olub və virusun yayılma sürətini artırıb.

Sağlamlıq       Tarix: 04 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır


son xeberler azerbaycan xeberleri yeni xeberler qarabag sonxəbərlər cəbhədən son vəziyyət butun xeberler