Krımda gizli hərbi bazaya hücum edildi
"Ukrayna əsgərləri Krımdan olan satqın polkovnik-leytenant Aleksandr Kulakovu "uğurla tərxis edib".
KONKRET.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin zabiti Anatoli Stefan – "Stirlitz" bildirib.
Onun sözlərinə görə, 85683 saylı hərbi hissənin komandiri polkovnik-leytenant Aleksandr Aleksandroviç Kulakov mayın 13-də Ukrayna Silahlı Qüvvələrinin Ay-Petri dağındakı 3-cü Radiotexnika alayının hərbi bazasına endirdiyi uğurlu zərbə nəticəsində məhv edilib.
Kulakov 2014-cü ildə kapitan rütbəsi ilə ruslar tərəfə keçərək Rusiya vətəndaşlığını qəbul edib və onların xidmətinə keçib.
3-cü Radiotexnika alayı Rusiya Aerokosmik Qüvvələrinin radiotexnika qoşunlarının tərkibindəki hərbi birləşmədir. 2014-cü ildə Krımın Rusiya Federasiyası tərəfindən ilhaqından sonra Ukrayna Hərbi Hava Qüvvələrinin 40-cı radio briqadasının bazasında yaradılıb. Qərargah Sevastopol şəhərində yerləşir.
Qeyd edək ki, mayın 13-də səhər saatlarında Krımda Rusiyanın Ay-Petri dağındakı hava hücumundan müdafiə hərbi bazasına (85683 saylı hərbi hissə) hücum edilib. Bildirlir ki, dağda Rusiya Silahlı Qüvvələrinin 3-cü Radiotexnika alayının "gizli" hərbi hava hücumundan müdafiə bazası yerləşir. Sovet illərində Ay-Petri dağının zirvəsində Uzaq Məsafəli Kəşfiyyat və Hava Hücumundan Müdafiə Rəhbərliyi üzrə Radiotexnika Mərkəzi yaradılıb. Radar sistemləri günbəzlərin altında gizlənir. Bu obyektlərə xidmət edənlər üçün hərbi şəhərcik də var. (Qaynarinfo)
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev