Kuba Trampın qərarını rədd etdi - Quantanamo Kuba ərazisidir
Kuba Donald Trampın deportasiya olunmuş qeyri-qanuni miqrantları Quantanamodakı ABŞ hərbi bazasına yerləşdirmək qərarını rədd edir.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kuba Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir. Kuba XİN-nin "Facebook" səhifəsində dərc edilən sənəddə deyilir: "Kuba ABŞ prezidentinin Quantanamo hərbi dəniz bazasında on minlərlə miqrantın saxlanmasını nəzərdə tutan qərarı rədd edir. Bu, Amerikada iqtisadi və sosial çətinliklərin yaratdığı problemlərdən qaçmaq üçün Vaşinqtonun hansı vəhşiliyə əl atdığını nümayiş etdirir".
Bəyanatda vurğulanır ki, miqrantların saxlanması təklif olunan ərazi ABŞ-yə aid deyil: "Bura Quantanamo əyalətinin şərqindəki Kuba ərazisinin bir hissəsidir və Kuba xalqının iradəsinə zidd olaraq işğal altındadır." Sənəddə qeyd edildiyi kimi, belə bir addım qeyri-qanuni anklavda və onun ətrafında təhlükəsizliyi pozar , sülhü təhlükə altına alar və ciddi nəticələrə səbəb ola bilər .
Vəli Həsənoğlu,
KONKRET.az

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi