Laçın rayonu cənnətə çevrilir

Laçın rayonu cənnətə çevrilirDağlar qoynunda yerləşən Laçın rayonu 1930-cu il avqustun 8-də təşkil edilib. Əvvəllər-yəni 1923-cü ildə bu yerlər Abdallar kənd yaşayış məntəqəsi olub. 
Laçın rayonu Kəlbəcər, Qubadlı, Xocalı, Şuşa, Xocavənd, eyni zamanda Ermənistanla həmsərhəddir. Rayon bir şəhər, bir qəsəbə və 125 kənddən ibarətdir. Ümumi  sahəsi isə 1835 kvadrat kilometrdir. 72 min hektar yaylaq sahəsi və 34 min hektar zəngin meşə massivi vardır.
Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal zamanı 300-dən çox hərbi və mülki  şəxs həlak olub və yaxud itkin düşüb, rayon sakinləri öz doğma ev-eşiklərindən didərgin düşərək Bakı şəhərində və Azərbaycanın əksər rayonlarında məskunlaşıblar. 
Erməni vandalları tərəfindən demək olar ki, rayon yerlə yeksan edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə məhv edilib.
Rayonun 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, orta və internat məktəbləri və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən məhv edilib.
Cinayətkar ermənilər bütün beynəlxalq qanunları pozaraq işğal etdikləri Laçın rayonunun və onun qəsəbə və kəndlərinin coğrafi adını dəyişmiş, təbii resurslarını talan edərək satmışlar. Eyni zamanda Laçın rayonuna Suriyadan olan erməni əsilli qaçqınları gətirərək, burada məskunlaşdırmışlar.
Azərbaycan dövləti və Azərbaycan xalqı demək olar ki, 30 il danışıq yolu - sülh yolu ilə öz torpaqlarını geri qaytarmağa cəhd etmişdir. Lakin erməni vəhşiləri buna razı olmaq bir yana, hətta Azərbaycandan yeni ərazilər qoparmaq arzusu ilə təmas nöqtələrini, yaşayış məntəqələrimizi durmadan atəşə tuturdular. Bunun nəticəsində dinc əhaliyə maddi və mənəvi ziyan dəyirdi. Hətta onların arasında yaralanan və həyatını itirənlər də olurdu. Əsgər və sərhədçilərimiz qəfil atışma nəticəsində şəhid olurdular.
Nəhayət Azərbaycan xalqı Ali Baş Komandanın əmri ilə ayağa qalxdı. Qəhrəman Azərbaycan Ordusu  44 gün ərzində tarixi ədaləti bərpa etdi. Torpaqlarımızı öz gücü ilə geri aldı.
Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri , Zabux və Sus kəndləri Azərbaycan Ordusu tərəfindən nəzarətə götürüldü.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu "Laçının azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.
Bu gün artıq Laçında və ümumiyyətlə doğma Qarabağda sürətlə əsaslı yenidənqurma və bərpa işləri gedir. Rayon yeni inkişaf dövrünü yaşayır.
"Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər-hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun" – deyir Prezident İlham Əliyev.
Artıq 30 il  əvvəl öz doğma yurd-yuvalarından didərgin düşmüş insanlar doğulduqları yerlərə qayıdırlar. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 534 ailənin, yəni 1971 nəfərin daimi məskunlaşması təmin edilib.
Burada yeni evlər, məktəblər, mədəniyyət sarayları tikilir, yollar, tunellər çəkilir, körpülər salınır, elektrik stansiyaları qurularaq istismara verilir. İstifadəsi 2025-ci ildə nəzərdə tutulmuş  Beynəlxalq Hava limanı inşa edilir.
Bir sözlə işğaldan azad edilmiş torpaqlarımız cənnətə çevrilir.
Mail Əsgərov
Baş leytenant, 2-ci dərəcə Vətən müharibəsi əlili, Abşeron rayon sakini / azxeber.com

Siyasi       Tarix: 27 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta mezennesi sonxeber.az son xeberler bugun krimnal bugun