Leyla Əliyeva Berlində işgüzar səfərdə olub - Fotolar

Leyla Əliyeva Berlində işgüzar səfərdə olub - FotolarHeydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Beynəlxalq biomüxtəliflik günü ərəfəsində Berlinə işgüzar səfəri çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzində IDEA İB-nin təşkilatçılığı ilə keçirilən "Təbiətə qayıdış: Azərbaycanda zubr populyasiyasının bərpası" adlı tədbirdə iştirak edib.
azxeber.com xəbər verir ki, tədbirdə çıxış edən Leyla Əliyeva, eləcə də Berlin Zooparkının direktoru Andreas Knirim və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Almaniya nümayəndəliyinin konservasiya üzrə müdiri Katrin Samson tədbirin əhəmiyyətindən bəhs ediblər.
Ölkəmizdə zubr populyasiyasının bərpası və inkişafı üzrə görülən işlərin vacibliyini iştirakçıların diqqətinə çatdırıblar.
Tədbirdə həmçinin bu sahədə görülən işlərə həsr olunmuş film və fotosərgi nümayiş etdirilib.
Leyla Əliyeva səfər çərçivəsində "Michael Succow" Fondunun təsisçisi Maykl Sukkov, Lissabon Zooparkının Zoologiya və veterinar şöbəsinin müdiri Ruy Bernardino və eləcə də Andreas Knirim və Katrin Samson ilə ayrıca görüşlər keçirmiş və təbiəti mühafizə, canlı aləmin konservasiyası və bərpası sahələrində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb.
Sonuncu görüş zamanı həmçinin, Bakı və Berlin Zooparkları arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Memoranduma əsasən, zooparklar öz aralarında məlumat, bilik və təcrübə mübadiləsi keçirəcək, habelə əməkdaşlar üçün birgə təlimlər təşkil edəcəklər.
Qeyd edək ki, ötən əsrin əvvəllərində ölkəmizdə nəsli kəsilmiş zubr populyasiyasının vəhşi təbiətə reintroduksiyası məqsədilə 2012-ci ildən etibarən İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin birgə tərəfdaşlığı çərçivəsində uğurla həyata keçirilməkdə olan layihə nəticəsində hazırda Şahdağ Milli Parkının ərazisində 61 başdan ibarət zubr populyasiyasının bərpasına nail olunub.
Leyla Əliyeva Berlində işgüzar səfərdə olub - FotolarLeyla Əliyeva Berlində işgüzar səfərdə olub - FotolarLeyla Əliyeva Berlində işgüzar səfərdə olub - FotolarLeyla Əliyeva Berlində işgüzar səfərdə olub - FotolarLeyla Əliyeva Berlində işgüzar səfərdə olub - FotolarLeyla Əliyeva Berlində işgüzar səfərdə olub - Fotolar

Siyasi       Tarix: 26 may 2024
f Paylaş

Oxşar xəbərlər

Politoloq: "Azərbaycan TDT-ni strateji əməkdaşlıq mexanizmi kimi nəzərdən keçirir

Sentyabrın 17-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib. Görüş zamanı TDT-nin beynəlxalq nüfuzunun artırılması, enerji və nəqliyyat layihələrini

Tramp: "ABŞ husilərlə daimi əlaqə saxlayır"

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Yəmənin üsyançı "Ənsar Allah" husi hərəkatı ilə daimi əlaqə saxladığını bildirib. "Fox News" telekanalına istinadən xəbər verir ki, bu barədə telekanalın efirind

Trampı qəzəbləndirən ADDIM: Kanada Aİ-yə qoşulur?

Kanadanın Baş naziri Mark Karni Avropa Parlamentində çıxışı zamanı bildirib ki, ölkəsi Avropa İttifaqının (Aİ) Kanadaya "assosiativ üzv" statusu verilməsi ilə bağlı ambisiyalarını "alqışlayır". KONKRET.azxəbə

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir

Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir. Bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimi

Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycan və Almaniya ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlara malikdir. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

1990-cı illərdən 2023-ə: Qarabağda suverenliyin bərpasına gedən yol – TƏHLİL

1990-cı illərin əvvəllərindən etibarən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti nəticəsində ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsi işğal olunub, yüz minlərlə Azərbaycan vətəndaş

ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?

ABŞ Prezidenti Donald Tramp administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçının Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmələri üçün vizalar

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın. xəbər verir ki

Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil

Prezident İlham Əliyev Türkiyə və Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkəni tapmaq mümkün olmadığını söyləyib. Dövlət başçısı bunu TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber.az bu gun son xeber son xeber 2026 hava durumu