"LGBT, No War kimi meyllərin Azərbaycan cəmiyyətinə yol tapması…" - Fərid Şahbazlı
Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasında çıxışı proqram xarakterli sənəddir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasında çıxışı bir çox vacib məqamlarla yadda qaldı. Əslində Cənab Prezidentin bu çıxışı yaxın keçmişdə ölkəmizdə və dünyada baş verən proseslərin təhlilinə həsr olunmuş bir hesabat, gələcəkdə yerinə yetirilməsi vacib olan vəzifələri əhatə edən bir proqram sənədidir.
Dövlətimizin başçısı son dörd ildə Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsini yaxın tariximizin ən mühüm siyasi hadisəsi kimi şərh etməklə yanaşı, illər boyu işğalçı Ermənistana himayədarlıq edən ayrı-ayrı dövlətlərin yenidən fəallaşmasını, onların regionda yeni müharibə ocağı yaratmaq niyyətlərini, antiazərbaycan ritorikasını kəskin tənqid edib. Prezident qeyd edib ki, bu cür cəhdlər Azərbaycanı getdiyi haq yolundan nəinki geri çəkilməyə məcbur edə bilməz, əksinə xalqımızı, dövlətimizi və ordumuzu daha ayıq-sayıq və tədbirli olmağa sövq edəcək. "Hansı dövlətlərdən Ermənistana nə zaman, necə və hansı silahların daşındığı" barədə dəqiq informasiyalara malik olduğunu diqqətə çatdıran dövlət başçısı, bu cür təxribatçı hərəkətlərin qarşısının qətiyyətlə alınacağını da vurğulayıb. Bu baxımdan o, Azərbaycan hərbi-sənaye kompleksinin modernləşdirilməsini, yeni növ silahlar və texnika ilə daha da zənginləşdirilməsini prioritet vəzifə kimi irəli sürüb.
Cənab Prezident Azərbaycanın dövlət suverinliyinin tam bərpasının iqtisadi və mədəni inkişaf üçün də geniş perspektivlər açdığını vurğulamaqla, ayrı-ayrı dairələr tərəfindən ölkəmizə qarşı aparılan qərəzli kampaniyalar fonunda bu inkişafı dönməz etməyin də yollarını da açıqlayıb. Onun çıxışında vətəndaşlarımızın azad edilmiş şəhər və kəndlərimizə qayıdışının tam təmin edilməsi, burada dayanıqlı iqtisadi infrastrukturun yaradılması, mədəni-maarif, təhsil və elmi müəssisələr şəbəkəsinin qurulması ilə paralel və kompleks şəkildə aparılması bu proesin ən vacib komponentləri kimi irəli sürülmüşdür.
Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının milli yüksəlişi təmin edən dəyərlər sistemi kimi Azərbaycan dövlətinin qurulması və inkişafında rolunu qeyd edən Prezident, kənar müdaxilələr, ideoloji işğala cəhd, gənclərin zərərli mənəvi-əxlaqi təsirlərdən qorunması, düşmən dövlətlərin antiazərbaycan təbliğatının təsiri altına düşməməsi, LGBT, No War və s. kimi dünyanı ağuşuna alan meyllərin Azərbaycan cəmiyyətinə yol tapmasının qarşısının alınması kimi məsələləri də ön plana çəkib.
Noyabr ayında Bakıda keçiriləcək COP29-un ölkəmiz üçün bir böyük sınaq olduğunu deyən dövlət başçısı, bu qlobal tədbirin Azərbaycanın beynəlxalq imici baxımından da mühüm bir hadisə olduğunu diqqətə çatdırıb.
Bütövlükdə, Cənab İlham Əliyevin yeni tərkibli Milli Məclisin açılış mərasimindəki çıxışı və buradan verdiyi mühüm mesajlar hansı sahədə çalışmasından asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarının hüquq və vəzifələrini tam aydınlığı ilə ortaya qoyur.
Hesab edirik ki, həmin vəzifələrin mühüm bir hissəsi də elə yeni Milli Məclisin öz üzərinə düşür. Güman edirik ki, Ali qanunverici orqan olaraq MM, Cənab Prezidentin bu tarixi çıxışının ruhuna uyğun olaraq fəaliyyət göstərəcək, həm beynəlxalq təşkilatlarda və qurumlarda dövlətimizin mövqelərini möhkəmləndirəcək, həm də xalqımızın sosial rifah halını, onun elmi-mədəni və mənəvi yüksəlişini təmin edəcək qanun və qərarlar hazırlayacaqdır.
Fərid Şahbazlı,
Siyasi şərhçi / azxeber.com

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb