Lukaşenkonun seçkilərdə qalib gəlməsi Azərbaycanla münasibətlərdə bunu dəyişəcək
Xəbər verdiyimiz kimi, ötən gün Belarusda prezident seçkiləri keçirilib.
Son nəticələrə əsasən, ölkənin hazırkı prezidenti Aleksandr Lukaşenko 87.6 faiz səslə qalib gələrək yenidən ölkənin prezidenti seçilib.
Bəs, Lukaşenkonun növbəti dəfə xalqın etimadını qazanaraq prezident seçilməsi Azərbaycanla münasibətlərdə nəyi dəyişəcək?
Azərbaycan-Belarus dövlətlərarası təmaslara hansı töhfələr verəcək?
Mövzu ilə əlaqədar "CrossMedia" Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü azxeber.com-a açıqlama verib.
Politoloq qeyd edib ki, hələ Belarus Azərbaycanın torpaqları işğal altından olan zaman haqqın, ədalətin tərəfindən çıxış edib:
"Azərbaycanla Belarus arasındakı münasibətlər yaxşıdır hətta uğurludur. Belarus torpaqlarımız işğal altında olan zaman həmişə haqqın, ədalətin tərəfindən çıxış edib. Biz Qarabağın Azərbaycan ərazisi olması ilə bağlı məsələlərdə də Lukaşenkonun müsbət fikirlərinin şahidi olmuşuq. Bundan sonra da düşünürəm ki, münasibətlər yüksək səviyyədə davam edəcək. Daha yeni əməkdaşlıq imkanları istər siyasi, istər iqtisadi, mədəni və digər istiqamətlərdə yeni nəticələr əldə olunması üçün həm sənədlərin imzalanmasının, həm səfərlərin gerçəkləşdirilməsinin, həm də müxtəlif layihələrin icrasının şahidi ola biləcəyik. İkitərəfli münasibətlərin müsbət olması hər iki dövlətin rəhbərlərinin qəbul etdiyi qərarların siyasi nəticəsidir. Belarus da cürbəcür sahələr üzrə yüksək nəticələrə malik bir ölkədir. Bu ölkə ilə Azərbaycanın əməkdaşlığı ölkəmiz üçün faydalı nəticələr formalaşdırır, eyni zamanda Azərbaycan hər zaman Belarusun müəyyən çətin dönəmlərində belə dəstəyini göstərib. Hesab edirəm ki, hər iki dövlətin qarşılıqlı-faydalı əməkdaşlığı Lukaşenkonun növbəti dəfə prezident seçilməsindən sonra inkişaf edib növbəti mərhələyə qədəm qoyacaq".
Mikayıl Mirzəzadə
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var