Macarıstan və Slovakiya Gürcüstanı dəstəklədi
"Macarıstan və Slovakiya Aİ-nin bütün 27 dövləti adından Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbulu ilə bağlı bəyanatı bloklayıb".
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı İmedi telekanalı yayıb. Kanalın şərhinə görə, artıq Avropa Komissiyasında belə qanaətə gəlinib ki, bəyanat fərqli formatda verilsin.
Qeyd edək ki, dünən Gürcüstan parlamenti "xarici agentlər haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Qanun layihəsinin müzakirəsi hakim "Gürcü arzusu – Demokratik Gürcüstan" partiyasının deputatları ilə qanuna qarşı çıxan müxalifət partiyaları arasında etirazlar və davalar fonunda baş tutub.
Avropa Parlamenti bununla bağlı sərt qətnamə qəbul edib. Bunlara şəxsi sanksiyalar, Gürcüstan və Aİ üçün vizasız rejimə yenidən baxılması, maliyyə yardımının dayandırılması və ölkənin birliyə qoşulması ilə bağlı danışıqlara başlamaqdan imtina daxildir.
Natiq Səlim,
KONKRET.az

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev