"Makron vəd edirdi ki, köhnə dünyanı təmizləyəcək"

Dekabrın 20-də Fransanın məşhur "Le Monde" qəzetində "Emmanuel Makron, güc haqqında müəyyən bir fikir" adlı məqalənin (əlavə edilir) 2-ci hissəsi işıq üzü görüb.
KONKRET.az xəbər verir ki, məqalədə Makron və onun yaxın çevrəsi ilə bağlı maraqlı məqamlar öz əksini tapıb:
– 4 dekabr 2014-cü ildə təzəlikcə Fransanın iqtisadiyyat naziri təyin olunmuş E.Makron "start-ap"çılar və böyük şirkətlərin rəhbərləri qarşısında çıxış edərkən söyləmişdir ki, "mən sosialistəm və mən bunu qəbul edirəm". 2 il sonra 2016-cı ilin avqustunda Puy du Fou attraksion meydançasında o, etiraf edir: "Səmimiyyət məni məcbur edir deməyə ki, mən sosialist deyiləm". E.Makron üçün sözlərin bir əhəmiyyət varmı? Siyasətdə yoxdur. Hər bir halda o hamısını səsləndirib: "Liberal", "islahatçı", "patriot", "tərəqqipərvər" və s. Nəticədə hamısını birləşdirib "eyni anda" söyləməyə başladı.
– E.Makron vəd edirdi ki, köhnə dünyanı təmizləyəcək. Lakin Milli Assambleyanın buraxılmasından sonra 2 Baş nazir təyin edir. 2-sinin də 73 yaşı var. 7 il ərzində sol və sağ siyasi düşərgələrinin ən yaxşı məqamlarını vəd edən c-b "Eyni anda" (E.Makron nəzərdə tutulur) nəticədə "hər şey və onun əksinə" çevrildi.
– Bu gün Fransua Olland deyir ki, "Emmanuel Makron yalan danışandır". Lakin Prezidentlik dövründə F.Olland bunu hələ bilmirdi.
– E.Makron ona dəstək göstərəcək bir nüfuzlu şəxs axtarışında idi və seçimini keçmiş Baş nazir Michel Rocard üzərində dayandırır. M.Rocard-ı sol və sağ siyasi düşərgələrdə bəyənilirdi. Həmin dövrdə E.Makron televiziyada sol siyasi düşərgə ilə bağlı deyirdi ki, "bu mənim mədəniyyətimdir, mənşəyimdir, ailəvi tariximdir". Lakin görüşlərdə o söyləyirdi ki, "həm sağ, həm sol olsun". M.Rocard onu çox ciddi fiqurlarla tanış etdi. Lakin, 2016-cı ildə o, M.Rocard-ın dəfnində iştirak etmir və onun həyat yoldaşını heç bir zaman bir daha Yelisey Sarayına dəvət etmir.
– 2015-ci ildə E.Makron "Le Monde" etiraf etmişdir ki, "Mən heç bir zaman Sarkozini bəyənməmişəm. Burada vulqarlıq və Respublikaya münasibətdə problem var." Həmin dövrdə hər 2 şəxsin bir birinə nifrət edirdi. N.Sarkozi E.Makron barəsində "Makron, bizim təlxək olan nazirimiz" deyirdi. Lakin siyasət müəyyən dəyişiklər tələb edir. E.Makronun mərkəz sağçıların dəstəyinə ehtiyacı yarandı və N.Sarkozini Yelisey Sarayına qəbul etməyə başladı. Hər yeni dövlət formalaşanda Sarkozi öz fikrini söyləyir, adlar təklif edir. Lakin heç bir zaman eşidilmir. Sarkozi yaxın ətrafına deyir ki, "Makronu anlamaq olmur. Biz onunla 2 saat vaxt keçiririk və sonda biz bilmirik kiminlə danışdıq."
– E.Makron vədlərini tutmur. 2017-ci ildə verdiyi vədlərdən biri evsiz adamlar problemini həll etmək idi. Bu problem hələ də var. Elə həmin il Marseldə E.Makron deyirdi "Qəmərlilər, İtalyanlar, Əlcəzairlilər, Mərakeşlilər, Tunislilər, Malililər, Seneqallılar və burada mən digərlərini də qeyd edə bilərəm. Lakin mən burda nə görürəm? Fransızları! 2019-cu ildə isə E.Makron immiqrasiya haqqında bir problem,  qorxu yaradan bir çağırış kimi danışır. Bundan sonra onu dəstəkləyən bir çox immiqrant özünü aldadılmış hiss etdi. Onun bu sözlərinə cavab olaraq, onun siyasi elmlər üzrə müəllimi François Dosse "Le Monde" sərt məqalə dərc edir. Qəzəbli Makron ona 7 səhifəlik cavab məktubu yazır. Yalnız Makron digərlərinə xəyanət edə bilər.

Siyasi       Tarix: 22 dekabr 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd


azerbaycan xeberleri yeni xeberler son xeberler son.xabar krimnal bugun xabar az son xeberler bugun 2026 azerbaycan