Malinin hökumət başçısı xəstəxanaya yerləşdirildi
Malinin müvəqqəti Baş naziri Çoqel Kokalla Maiqa şənbə günü Bamakodakı özəl klinikaya yerləşdirilib.
KONKRET.az xəbər verir ki, bu barədə "Agence France-Presse" adıçəkilən tibb müəssisəsinin həkiminə istinadən məlumat yayıb.
Məlumata görə, 64 yaşlı Maiqa özünü pis hiss edib və xəstəxanaya aparılıb.
"İndiki mərhələdə Baş nazirin səhhəti qaydasındadır, o, həkimlərin nəzarəti altındadır", – mənbə AFP-yə bildirib.
Baş nazirin yerləşdirildiyi klinikanın digər həkimi isə hökumət başçısının "kifayət qədər sağaldığını" deyib.
Mali Baş nazirinin katibliyi onun xəstəxanaya yerləşdirilməsi faktını təsdiqləyib. "14 aylıq gərgin işdən sonra Baş nazir Çoqel Kokalla Maiqa həkimi tərəfindən məcburi istirahətə buraxılıb".
"Baş nazir gələn həftə öz fəaliyyətini bərpa edəcək", – bunu isə "Journal du Mali" qəzeti bildirib.

Mütəxəssislərdən xəbərdarlıq: Bu dəri əlaməti bağırsaq problemlərinin ilk siqnalı ola bilər
Yayda bu qidalar zəhərlənmə riskini artırır – Diqqətli olun
Kamilo Duran bu kluba transfer olundu - Rəsmi
"Neftçi" Sloveniyada növbəti matçına çıxır
Volodimir Zelenski: Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm
NATO sammitinə sözardı - Sülh və tərksilahdan danışan yoxdur
Kanalda yeniyetmə boğuldu
Azərbaycanda turizm canlanacaq: Yeni proqram sektorun problemlərini həll edəcək
Banklara gedənlər üçün vacib xəbər: Valyutaların alış-satış qiymətləri
Azərbaycan nefti bahalaşdı
Müşfiqabadda yaşayış binasında yanğın olub
"Neftçi"dən böyükhesablı qələbə
Norveç İngiltərəyə, Argentina isə İsveçrəyə qarşı
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndəriləcək
Bu məhsullar gömrük rüsumundan azad edilir