Mədə yanğısından əziyyət çəkənlərə MÜJDƏ - Dərmana pul xərcləməyəcəksiniz

Mədə yanğısından əziyyət çəkənlərə MÜJDƏ - Dərmana pul xərcləməyəcəksinizMədə yanğısı günün istənilən anında qəfil ortaya çıxaraq narahatlığa səbəb ola bilər. Lakin Amerikalı gastroenteroloq Cosef Salhab bu narahatlığı cəmi bir neçə dəqiqə ərzində, üstəlik dərman istifadə etmədən aradan qaldırmağın mümkün olduğunu bildirib.
KONKRET.azmilli.az-a istinadən xəbər verir ki, bu barədə həkim özünün "Instagram" səhifəsində paylaşım edib.
Nə kömək edir?
Mədə yanğısı – adətən mədə turşusunun qida borusuna keçməsi nəticəsində yaranan yanma hissidir.
Dr. Salhab bu vəziyyətə qarşı iki sadə və təsirli üsul tövsiyə edir:
"Şəkərsiz saqqız və ya boğaz konfetlərindən istifadə edin və gəzməyə başlayın. Bir neçə dəqiqə içində yanğının azaldığını görəcəksiniz".
Bu üsul ağızda tüpürcək ifrazını artırır, tüpürcək isə qida borusuna keçərək turşuya qarşı qoruyucu qat yaradır. Bundan əlavə, çeynəmə hərəkəti bədəni yemək yeyildiyinə "inandırır", nəticədə qida borusu hərəkətə keçərək artıq turşunu oradan uzaqlaşdırır.
Gəzinti də kömək edir
Araşdırmalar göstərir ki, müntəzəm gəzinti həzm sisteminə müsbət təsir edir – iltihabı azaldır, həzm prosesini yaxşılaşdırır. Bu səbəbdən, yeməkdən dərhal sonra uzanmaq əvəzinə qısa bir gəzinti etmək tövsiyə olunur. Gəzinti həm də qan şəkərini tənzimləyir, ömrü uzadır və stressi azaldır.
Mədə yanğısının əsas səbəbləri:
Həddindən artıq yemək – mədənin həddindən artıq dolması və təzyiqin artması nəticəsində turşu qida borusuna keçir;
Qızartma və ədviyyatlı yeməklər – turşu istehsalını artırır;
Qəhvə, alkoqol, şokolad və qazlı içkilər;
Siqaret çəkmək – turşuluğu stimullaşdırır;
Stress – mədənin hərəkətliliyini pozur və turşuya qarşı həssaslığı artırır;
Yeməkdən dərhal sonra uzanmaq – turşunun geri qayıtmasına şərait yaradır;
Hamiləlik və ya artıq çəki – mədəyə təzyiq artdığı üçün reflüks yaranır.
Bu sadə üsullar, xüsusilə dərmansız həll yolları axtaranlar üçün əla alternativ hesab olunur.

Sağlamlıq       Tarix: 21 aprel 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən video xeber az son xeberler bu gun xeberlər