"Mənasız adamların müzakirəsinə ehtiyac yoxdur" – Natiq Cəfərli
Mayın 16-da siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə görüşün təşkil olunması cəmiyyətdə razılıqla qarşılandı. Çünki milli birliyin və həmrəyliyin ölkəmizə hava-su kimi lazım olduğunu bütün sağlam düşüncəli insalar yaxşı dərk edirlər.
Amma, nədənsə, bu görüş, Müsavat Partiyasının da həmin dəvəti qəbul edərək tədbirə qatılması xarici blogerləri çox qıcıqlandırdı. Günlərdir bu məsələni müzakirə edənlər müxalifəti "avtobusa minmək"də ittiham etdilər. Hətta "görüşdə iştirak edənlər eyni boçkadan (çəlləkdən) çıxıblar. Sadəcə şirələr kimi tərtibatları müxtəlifdir", "bu partiyaların 99 faizi obyektdir. Onları dükan kimi idarə edirlər" kimi təhqiramiz ifadələrə yer verdilər.
KONKRET.az-a açıqlamasında "Respublikaçı Alternativ" Partiyasının (REAL) icra katibi Natiq Cəfərli bildirib ki, ölkədə yaşamayanların Azərbaycanın daxili siyasəti barədə danışması, ümumiyyətlə, mənasızdır.
"Onların fikrinin nə ölkədə keçirilən seçkilərə, nə də yerli ictimai rəyə təsiri var. Onları siyasi opponent saymaq da mümkün deyil, çünki cavab verilməsi mümkün olan şəxslər də deyillər. Belə adamların karyerasına baxanda haradan haraya gəldikləri və kimlərə xidmət etdikləri açıq-aydın görünür. Ona görə də mən o tipli insanlara cavab verib, onların gündəmə gətirilməsinin əleyhinəyəm. Mənasız adamların müzakirəsinə ehtiyac yoxdur".
Xatirə SADİQ,
KONKRET.az

Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev