"Məqsəd təyyarəni dənizdə batırıb iz itirmək olub" - Deputat
"Məqsəd təyyarəni dənizdə batırıb iz itirmək olub".
azxeber.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Sahib Alıyev sosial media hesabında yazıb.
O, həmçinin qeyd edib ki, AZAL-ın təyyarəsi Qroznı hava limanına enişə hazırlaşarkən "Pantsir-S"lə vurulub:
"Təyyarəmizin vurulduğu aydın idi. Və artıq dəqiqləşib ki, bu, Rusiya mediasının təqdim etməyə çalışdığı kimi Ukrayna dronlarının yox, həmən dronlarla sərnişin təyyarəsini səhv salanların işidi. O, Qroznı hava limanına enişə hazırlaşarkən "Pantsir-S"-lə vurulub. Böyük ehtimalla qəsdən etməyiblər. Amma vurulan təyyarənin yaxınlıqdakı Mahaçqala, yaxud da Mineralnıye-Vodı hava limanına enməsinə izn verilməməsi, Aktauya göndərilməsi qəsdəndir və "Caliber.Az" saytının yazdığı kimi belə görünür ki, məqsəd onu dənizdə batırmaqla iz itirmək olub".
Alıyev həmçinin bu addımın baş verdiyinə birinci dəfə şahidi olmadığını bildirib:
"Biz böyük dövlətlərin bu cür xudbincəsinə davranışlarını, kiçikliklərini birinci dəfə görmürük. Onu da yaxşı xatırlayırıq ki, 2020-ci ilin 9 noyabrında Rusiya helikopteri, həm də hərbi helikopteri Ermənistanınkıyla səhv salınıb vurulanda Azərbaycan qarşı tərəfdən buna görə üzr istəmiş və gərəkən digər addımları atmışdı. Baxmayaraq ki, burada müəmmalı çox şeylər vardı.
Moskvanın da baş verənlərə görə üzr istəyəcəyini, təyyarəmizi Ukrayna dronuyla səhv salıb vuranların cəzalandırılacağını, belə hallarda beynəlxalq normaların tələb etdiyi digər addımların atılacağını gözləyirik. Həm də bu, nə qədər tez baş versə, fikrimcə, ikitərəfli əlaqələrə mənfi təsirin azaldılması baxımından bir o qədər yaxşı olar.
Günel Hüseynli

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi