Mərakeşdə Azərbaycana qarşı erməni təxribatının qarşısı alındı
Mərakeş Krallığında keçirilən beynəlxalq film festivalında erməni təxribatının qarşısı alınıb.
azxeber.com xəbər verir ki , bu barədə "Report" Azərbaycanın Mərakeşdəki səfirliyindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 11-15-də Mərakeşin Agadir şəhərində keçirilən İssni Nurgh Beynəlxalq Amaziq film festivalı (Festival Issni Nourgh International du Film Amazigh - FINIFA) çərçivəsində erməni əsilli Katia Spivakova Saakiantsın müəllifi olduğu 11 dəqiqəlik "All I need" filminin sentyabrın 13-də nümayişinin planlaşdırılması nəzərdə tutulmuşdu.
Festivalın rəsmi səhifələrində və sosial şəbəkələrində yayımlanmış məlumatlarda filmin süjetinin ölkəmizin vaxtilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərində baş verən hadisələrlə əlaqədar olduğu və Qarabağın Ermənistanın tərkib hissəsi kimi "Artsax" olaraq göstərilməsi məlum edilib. Həmçinin filmdə qondarma "erməni soyqırımı"na da istinad edilib.
Bununla əlaqədar olaraq, Azərbaycanın Mərakeşdəki səfirliyi tərəfindən bu ölkənin əlaqədar qurumları, həmçinin film festivalının təşkilatçıları ilə aparılmış iş nəticəsində, təxribat xarakteri daşıyan "All I need" filminin festival çərçivəsində nümayişinin ləğv edilməsinə və bununla da Mərakeş tamaşaçısında yanlış məlumat formalaşdırmaq istəyən erməni təbliğatının qarşısının alınmasına nail olunub.

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb