Məşhur azərbaycanlı professor VƏFAT ETDİ

Məşhur azərbaycanlı professor VƏFAT ETDİDünən tibb elmləri doktoru, professor, Əməkdar həkim Seyidov Vaqif Cavad oğlu 81 yaşında vəfat edib.
KONKRET.az xəbər verir ki, 1970-ci ildə mədəaltı subtotal reaksiyasının qanın laxtalanma sisteminə təsiri mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi adını alıb.
1976-1979-cu illərdə isə doktorluq dissertasiyası üzərində işləmək üçün Moskva şəhərində Ümumittifaq Cərrahlıq Mərkəzinə və SSRİ Tibbi Elmlər Akademiyasının nəzdindəki İnstituta ezam olunub. 1979-cu ildə isə Elmlər Akademiyasının tibbi üzrə ixtisaslaşmış şurasında doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru adına layiq görülüb.
1982-1983-cü illərdə Bakı şəhərinin, 1983-1994-cü illərdə isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin baş cərrahı və eyni zamanda M.Topçubaşov adına Elmi-Cərrahi qastroenteroloji şöbəsinin müdiri vəzifələrində çalışıb. Azərbaycan Respublikasının Əməkdar həkimidir.
Həmçinin, Ali Attestasiya Komissiyası Ekspert şurasının sədri vəzifəsində işləyib.
O, mədəaltı vəz və öd yollarında aparılan bir sıra əməliyyatların mütəxəssisidir. Respublikada ilk dəfə qanın aortası üzərində rekonstruktiv əməliyyatları o aparıb. Respublikada mədə rezeksiyası zamanı kompressioan qastroenteroanastomiozunu tətbiq edib.
Vaqif Seyidov 230-dan artıq elmi işin, o cümlədən 9 monoqrafiya və metodik vəsaitin, 7 ixtira və 20 səmərələşdirici təklifin müəllifidir. O, dəfələrlə Respublika, ümumittifaq və Beynəlxalq konfederasiyaların iştirakçısı olub. 10-a qədər namizədə və doktorlara rəhbərlik edib.
Allah rəhmət eləsin!

Sağlamlıq       Tarix: 10 fevral 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi son xeberler bu gun iqtisadiyyat xeberleri bugun xeber.az