Meymunçiçəyi korluğa səbəb olur? - SENSASİON İDDİA

Meymunçiçəyi korluğa səbəb olur? - SENSASİON İDDİAMeymunçiçəyi xəstəliyindən sonra görmə də daxil olmaqla, uzunmüddətli təsirlərin meydana çıxması ehtimal olunur. Virus gözlərə sirayət edərsə, insan tamamilə kor ola bilər.
KONKRET.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Rospotrebnadzor Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun klinik-analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya "İzvestiya" qəzetinə müsahibəsində deyib.
"İnfeksiyanın gözlərə yayılması nəticəsində buynuz qişanın iltihabı (keratit) inkişaf riski ola bilər, bu da onun bulanıqlaşmasına, xorasına, sonradan çapıqlaşmasına və nəticədə görmə qabiliyyətinin geridönməz itkisinə səbəb olacaq", – Pşeniçnaya qeyd edib.
Misir Tanta Universitetinin tədqiqatçılarının istinad etdiyi məlumatlara görə, meymunçiçəyinə yoluxmuş hər on xəstədən birində korluq, hər beşindən birində fotofobi, hər üçdə birində konyunktivit yaranır. Xəstələrdə həmçinin fokal səpgilər, konyunktiva, keratit və buynuz qişanın xorası inkişaf edir.
MIPT-də əhalinin sağlamlıq göstəricilərinin təhlili və səhiyyənin rəqəmsallaşdırılması laboratoriyasının rəhbəri Stanislav Ostavnov bildirib ki, meymunçiçəyi ilə əlaqəli buynuz qişanın infeksiyasının korluğa səbəb ola biləcəyi faktını Ümumdünya Səhiyyə Təşkilatı da təsdiqləyib. Bundan əlavə, ÜST ensefalit, bronxopnevmoniya, qan zəhərlənməsini də ağır nəticələr adlandırır.

Sağlamlıq       Tarix: 06 avqust 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Məşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbə

Ekspertdən xəbərdarlıq: Rütubətli havada BUNLARI EDİN

Yağışlı və rütubətli hava şəraiti mövsümi xəstəliklərin artmasına, immun sisteminin zəifləməsinə və orqanizmin ümumi müqavimətinin aşağı düşməsinə səbəb olur. Belə dövrlərdə düzgün qidalanma təkcə sağlam qalmaq üçün deyil

Qulaqlarınızı kar edə bilər - Hər kəs istifadə edir

Son illərdə qulaqcıqlardan gündəlik istifadə xeyli artıb. Musiqi dinləmək, film izləmək və telefon danışıqları üçün geniş istifadə olunan bu cihazların sağlamlığa təsiri isə tez-tez müzakirə olunur. Mütəxəssislər bildirirlə

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Zəncəfilin faydaları və zərərləri - Mütəxəssis

Zəncəfil həm bioloji aktiv maddələrlə, həm də vitamin və minerallarla zəngindir. Tərkibində ətirli zəncəfil yağı da mövcuddur və lifli qidalar kateqoriyasına daxil olduğundan, sağlamlıq üçün çoxsaylı faydaları var.  xəbə

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta mezennesi 2026 xeber.az son xeberler cəbhədən canlı xeberler bu qun