Mikayıl Cabbarov: "Bu gün dağıdılan və itirilən irsimizin bərpasından danışırıq
"Ali Baş Komandanın şücaəti nəticəsində biz bu gün Qarabağda dirçəliş məsələlərini müzakirə edirik".
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının iqtisadiyyat naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri Mikayıl Cabbarov deyib.
"Bu gün dağıdılan və itirilən irsimizin bərpasından danışırıq. Bu, hər hansı ictimai qurumun deyil, bütün cəmiyyətin əsas məqsəd və vəzifəsidir.
Qarabağ Dirçəliş Fondunda müəyyən müzakirələr aparmışıq. Bu Fond təkcə dağıdılmış irsimizin bərpası, iqtisadi layihələrə təkanla yekunlaşmamalıdır. Biz dayanıqlı inkişafa köklənməliyik".
Onun sözlərinə görə, ölkə başçısının tapşırığı ilə, işğaldan azad edilən ərazilərdə yaşıl zonaların yaradılması və "ağıllı kənd" layihələrinin tətbiqinə başlanılıb:
"Yəqin ki bütün bu tapşırıqların mərkəzində Qarabağa yenidən həyatın qaytarılması dayanır. Tarixdə Stalinqrad, Hirosima kimi dağıdılmış şəhərləri görmüşük. Lakin son onilliklərdə Qarabağda qeydə alınan dağıntılar başqa regionlarda olmayıb".

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar