Milli Məclisdə boşalan deputat yerləri 10-a çatdı

Milli Məclisdə boşalan deputat yerləri 10-a çatdıMilli Məclisin deputatı Ramin Məmmədov bu gün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. 
Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb. 
Modern.az saytı xəbər verir ki, bu təyinatdan sonra Milli Məclisdə daha bir deputat yeri boşalacaq. Belə ki, qanunvericiliyə görə, Ramin Məmmədov komitə sədri təyin olunduğundan o, daha deputat fəaliyyətini davam etdirə bilməz.
Yəqin ki, R.Məmmədov yaxın günlərdə deputat postundan istefa verəcək və Mərkəzi Seçki Komissiyası onun səlahiyyətlərinə xitam verəcək.
Beləliklə də parlamentdə boşalan deputat yerlərinin sayı 10-a çatır.
İndiyə kimi Milli Məclisdə 9 boş yer vardı.
2020-ci ilin fevralında keçirilən növbədənkənar parlament seçkiləri zamanı 4 dairənin nəticələri ləğv edilib. Nəticəsi ləğv edilmiş dairələr aşağıdakılardır:
33 saylı Xətai birinci seçki dairəsi (lider namizəd Hüseynbala Mirələmov);
35 saylı Xətai üçüncü seçki dairəsi (lider namizəd Rauf Arifoğlu);
74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli);
80 saylı İmişli-Beyləqan seçki dairəsi (lider namizəd Çingiz Qənizadə).
2020-ci ilin avqustunda isə 116 saylı Qəbələ seçki dairəsindən deputat mandatı qazanan Fəttah Heydərov dünyasını dəyişib.
2021-ci ildə 55 saylı Xaçmaz şəhər seçki dairəsinin deputatı Eldəniz Səlimov həbs olunub. O, həmin ilin iyulun 29-da Xaçmaz şəhərində yerləşən "Starıy Dvor" restoranında polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq edib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə keçmiş deputat 3 il 6 ay müdəttinə azadlıq məhrum edilib. Beləliklə, 55 saylı Xaçmaz şəhər seçki dairəsi də boş qalıb.
50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputatı Şahin Seyidzadə 3 mart 2022-ci ildə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Bu təyinatdan sonra Şahin Seyidzadə deputat mandatından imtina edib.
2023-cü il iyulun 14-də 10 saylı Binəqədi seçki dairəsindən deputatı Madər Musayev 75 yaşında vəfat edib.
Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva isə 2023-cü il sentyabrın 28-də vəfat edib. Qənirə Paşayeva 105 saylı Tovuz seçki dairəsindən deputat seçilmişdi.
Qeyd edək ki, Konstitusiyanın 82-ci maddəsinə görə Milli Məclis 125 deputatdan ibarət olmalıdır. Ramin Məmmədovla bağlı bugünkü təyinatdan sonra deputatların sayı 115 nəfərə düşəcək. / konkret.az

Siyasi       Tarix: 08 aprel 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb


azerbaycan xeberleri son xeberler yeni xeberler bu gune olan xeberler bugunun xeberleri ən son xəbərlər bugün enson xeberler