Milli Məclisin yaz sessiyasında son plenar iclasının gündəliyi açıqlanıb
Milli Məclisin yaz sessiyasında son plenar iclasının gündəliyi açıqlanıb.
azxeber.com xəbər verir ki, toplantının gündəliyinə 9 məsələnin müzakirəsi daxil edilib.
Həmin məsələlər aşağıdakılardır:
1. "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi (birinci oxunuş)
2. "Əmək pensiyaları haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)
3. "Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya"nın təsdiq edilməsi haqqında qanun layihəsi
4. "Dövlət qulluğu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)
5. Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)
6. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)
7. "Dərman vasitələri haqqında" və "Reklam haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi
8. "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi
9. "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi
Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.

Azər Türk Bank dayanıqlı bankçılıq sahəsində beynəlxalq mükafata layiq görüldü
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Unibank Finance in Motion ilə 10 milyon avroluq saziş imzaladı
ABB-dən qəribə qərar: 'm10'-a pul köçürmələrinə məhudiyyət qoyuldu
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
Bakcell-in dəstəyi ilə keçirilən "SummerStack Bootcamp" başladı - FOTOLAR
Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb
"Fənərbaxça" onunla razılıq əldə etdi
DÇ-2026: Türkiyə mundialı qələbə ilə başa vurdu
Türkiyə millisində ilk: Arda Gülər tarixə düşdü
Montella: Bu qələbəni qazanmaq çox vacib idi
Futbol üzrə növbəti dünya çempionatı Azərbaycanda keçiriləcək
DÇ-2026: Türkiyə son oyununa çıxır
Gələn həftə AB ilə bu xəbəri elan edəcəyik - Paşinyan
Ermənistan parlamentinin yeni sədri o olacaq