Misir Prezidenti Azərbaycanı "İslam Səkkizliyi"nə qoşulması münasibətilə təbrik edib
Misir Prezidenti Əbdül Fəttah əs-Sisi Azərbaycanı "İslam Səkkizliyi" (D-8) təşkilatına üzv olması münasibətilə təbrik edib.
O, bunu təşkilatın Qahirədə keçirilən sammitində çıxışı zamanı deyib.
"Fürsətdən istifadə edərək Azərbaycanı D-8 təşkilatına qoşulması münasibətilə təbrik etmək istərdim. Bu addım, şübhəsiz ki, bugünkü müzakirələri zənginləşdirəcək və ölkələrimiz arasındakı münasibətlərdə yeni səhifə açacaq", - əs-Sisi vurğulayıb.
Qeyd edək ki, bu gün təşkilatın sammitində Azərbaycanın D-8-ə üzv olması barədə yekdil qərar qəbul edilib.
"İslam Səkkizliyi" (D-8 - Organization for Economic Cooperation) – 1997-ci ildə üzv ölkələr (Türkiyə, İran, Nigeriya, Misir, Pakistan, İndoneziya, Malayziya və Banqladeş) arasında iqtisadi əməkdaşlığın inkişafı məqsədilə yaradılmış beynəlxalq təşkilatdır. / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi