"MOL Group" şirkəti Azərbaycanın neft-qaz yataqlarının səhmlərinin alqı-satqısını başa çatdırıb

"MOL Group" şirkəti Azərbaycanın neft-qaz yataqlarının səhmlərinin alqı-satqısını başa çatdırıbMacarıstanın "MOL Group" şirkəti "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun işlənməsi layihəsində və Bakı-Tbilisi-Ceyhan boru kəmərində səhmlərin alınması ilə bağlı "Chevron Global Ventures Ltd" və "Chevron BTC Pipeline Ltd" şirkətləri ilə sazişi uğurla başa çatdırıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, "Mol Group" AÇG-nin səhmlərinin 9,57, BTC-nin səhmlərinin isə 8,9 faizini əldə edib.
Ümumi əməliyyatın məbləği 1,57 milyard ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2019-cu ilin noyabr ayında Macarıstanın MOL şirkəti "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku və Azərbaycan neftinin əsas ixrac kəməri - Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərində pay almaq üçün saziş imzalayıb.
Qeyd edək ki, AÇG blokunun işlənməsi üçün müqavilə 1994-cü ildə imzalanıb. 14 sentyabr 2017-ci ildə Bakıda AÇG blokunun 2050-ci ilə qədər işlənməsi ilə bağlı yeni müqavilə imzalanıb.
BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir, bunun 443 kilometri Azərbaycan ərazisindən, 249 kilometri Gürcüstan ərazisindən, 1076 kilometri Türkiyə ərazisindən keçir. Boru kəmərinin inşasına 2003-cü ilin aprel ayında başlanılıb, 18 may 2005-ci ildə isə neftlə doldurulub.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 19 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən canlı sou xeberler son xeberler az cəbhədən xəbərlər