Moskvadan "sürpriz" gözlənti: Bakıda geri sayım başladı – 8 gün sonra…

Moskvadan AZAL-a məxsus təyyarənin 2024-cü ilin dekabrın 25-də Rusiyanın hava hücumundan müdafiə mexanizmlərinin hücumuna məruz qalaraq qəzaya uğramasının ildönümü yaxınlaşdıqca, Moskvanın bu istiqamətdə hər hansı addım atıb-atmayacağı suallar doğurur.
Son dövrlərdə Kremlin Azərbaycana münasibətdə yenidən şantaj, hədə və təzyiq siyasətinə üstünlük verməsi gözləntiləri daha da həssas edir. Bu fonda Azərbaycan dövlətinin mövqeyi aydındır və dəyişməzdir: hadisəyə görə məsuliyyət daşıyanlar müəyyən edilərək cəzalandırılmalı, dəyən zərərə görə kompensasiya ödənməli və rəsmi şəkildə üzr istənilməlidir. Məhz qeyd olunan tələblər fonunda Moskvanın 25 dekabr tarixində atacağı mümkün addımlar, təkcə ikitərəfli münasibətlər baxımından deyil, eyni zamanda regional siyasi mesaj kimi də xüsusi əhəmiyyət kəsb edir.
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, Kremlin bu istiqamətdə hansısa xüsusi addım atacağı inandırıcı görünmür:
"Rusiya tərəfi AZAL-a məxsus təyyarənin vurulmasına görə məsuliyyəti heç vaxt tam mənada üzərinə götürməyib. Hər nə qədər Rusiya Prezidenti Vladimir Putin müəyyən məqamlara aydınlıq gətirməyə çalışsa da, bu, Bakını qane etmədi. Daha dəqiq desək, nə zərərçəkənlərin ailələrinə kompensasiya tam şəkildə ödənilib, nə rəsmi üzr istənilib, nə də hadisədə əli olan şəxslər cəzalandırılıb. Bakının bu istiqamətdə ciddi gözləntiləri var, lakin Kremldən hər hansı konkret cavab eşidilmir.
Moskvadan Qabil Hüseynli 
Bundan əlavə, son zamanlar Rusiya mediasında yenidən anti-Azərbaycan kampaniyası başlayıb. Diaspor üzvlərimizə qarşı aparılan təqiblər, irəli sürülən qanunsuz ittihamlar prosesin müsbət istiqamətdə inkişaf etmədiyini göstərir. Bu baxımdan, dekabrın 25-nə qədər və ya həmin tarixdə Rusiya tərəfindən xüsusi hər hansı addım atılacağını düşünmürəm".

Siyasi       Tarix: 18 dekabr 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

AQEM-də İlham Əliyevin çıxışı: Ermənistanın məsuliyyəti və beynəlxalq təşkilatların fəaliyyəti gündəmdə

Prezident İlham Əliyevin AQEM-in VII Zirvə Görüşündə səsləndirdiyi fikirlər Ermənistanın keçmiş və indiki rəhbərliyinin məsuliyyəti, eləcə də beynəlxalq təşkilatların münaqişələrin həlli istiqamətindəki fəaliyyəti ilə bağl

Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub

Buxarada keçirilən "Azərbaycan Mədəniyyəti: Ədəbiyyat və Sənət Həftəsi" çərçivəsində şəhərin tarixi məkanlarından biri olan Kukeldaş mədrəsəsində Azərbaycan və Özbəkistan musiqiçilərinin iştirakı ilə konsert proqram

Bank Respublika böyüməyə davam edir: üçüncü rübün maliyyə nəticələri

 Azərbaycanın aparıcı banklarından biri olan Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. İlin ilk doqquz ayında əsas maliyyə göstəricilərində artım qeydə alınıb, Bankın kapital mövqeyi möhkəmləni

Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "18 oktyabr. Müstəqilliyin Bərpası Günü. Azərbaycanı

Simonyan Nəsimi haqda suala təəccübləndi: "Siz nə danışırsınız?!"

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Azərbaycan hərbçisi Nəsimi Musayevdən danışıb. -a istinadən xəbər verir ki, jurnalist hadisəni "Ermənistana müdaxilə" kimi qiymətləndirərək Simonyandan bun

Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

Pakistanın Bakıdakı səfirliyi Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə səfirliyin "X"

Prezident sərəncam imzaladı

"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" Azərbaycan Prezidentinin 2022-c

"Ermənistan-Türkiyə sərhədi istənilən an açıla bilər"

Ermənistan və Türkiyə arasında dialoq və münasibətlərin normallaşdırılması prosesi sərhədin istənilən an açılması barədə qərar qəbul etməyə imkan verəcək qədər irəliləyib. apa-ya istinadən xəbər verir ki, bunu Ermənistanı

ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır

Çin və ABŞ-ın bir-biri ilə normal münasibətlər qurması və strateji sabitliyə əsaslanan konstruktiv münasibətlərə keçməsi üçün təxminən on il və ya daha çox vaxt tələb oluna bilər. xəbər verir ki, bunu Çinin Vaşinqtondak


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber saytlari bugünkü son xəbərlər son xəbərlər azərbaycanda hava durumu