Müharibə təhlükəsi, ABŞ-Rusiya qarşıdurmasına doğru - Təhlil

Müharibə təhlükəsi, ABŞ-Rusiya qarşıdurmasına doğru - TəhlilSon günlər Ukrayna-Rusiya müharibəsi yeni mərhələyə qədəm qoyub və dünya təhdid altındadır. Bayden adminstrasiyasının Ukraynaya Rusiyanın daxilinə zərbələr vurmaq barədə göstərişi, ardınca Kiyevin dərhal bunu reallaşdırması vəziyyəti bir qədər də qəlizləşdirib. ABŞ-də seçkiləri uduzan Demokratlar  sonuncu zərbəni vurmaq üçün əlindən gələni əsirgəmir. Ukrayna münaqişəsini daha da qlobal müstəviyə keçirmək üçün səylər davam etdirilir.
Faktiki  Ukraynada Rusiya ilə müharibə aparan ABŞ-nin Kiyevə hərbi-siyasi yardımı ara vermir.Rusiya ərazilərində Amerika raketləri partlayır. Qarşı tərəf də borclu qalmır və arsenalındakı ən son silahların istifadəsinə başlanılıb. Müharibə ABŞ ərazisində getmədiyindən amerkalılar qətiyyən narahat deyillər. Onlar Rusiyanı zəiflətmək, parçalamaq üçün Ukrayna kartından məharətlə istifadə etməyə çalışırlar. Hələlik, məqsədinə çata bilməyən Qərb yeni eskalasiya həyata keçirməklə məşğuldur. Putin isə nüvə doktirinasını təsdiq edib və bildirilir ki, Rusiyanın cavabı daha sərt olacaq.
Trampın andiçməsinə qədər qarşıya qoyduğu  vəzifəni yerinə yetirməyə çalışan Bayden adminstrasiyası Ukraynanı silahlandırmaqda davam edir. Kiyevə yeni maliyyə yardımı ayrılır və ən son silahlar göndərilir. İndi dünya yeni müharibə astanasındadır. Yaxın Şərqdə və Ukraynada baş verənlər bir başa ABŞ-nin diktəsi ilə həyata keçirilir. Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahunun həbsinə dair qərarından narahat olan ABŞ, bir daha ikili standartlarla çıxış edir. Ötən il Rusiya prezidenti Putunun həbsinə order verən BCM-nin qərarını alqışlayan Vaşinqton, bu dəfə Netanyahunun həbs ediləcəyindən narahat olur və beynəlxalq Cinayət Məhkəməsinin qərarını sərt tənqid edir. Qərarın heç bir əsası olmadığını bəyan edən Bayden, dünyada insan haqlarının pozulmasından möhkəm narahatdır. Minlərlə günahsız insanın ölümünə səbəb olan İsrail də guya yəhudi xalqının müdafiəsi ilə məşğuldur. Bayden və komandasının xeyir-duası ilə baş verən Qəzza  qətilamının kökündə yeni siyasi manevrlər dayanır. Onların məqsədi İsrailin ərazisini işğal hesabına genişləndirmək və milyonlarla insanı öz doğma yurdlarından didərgin salmaqdır.
 Bütün zamanlarda riyakarlıq edən ABŞ Azərbaycana qarşı da eyni ədalətsiz mövqe nümayiş etdirib. 1992-ci ildə Azərbaycan əraziləri işğala məruz qalanda və Xocalı soyqırımı baş verəndə ölkəmizi ittiham edənlərdən biri də hazırkı prezident Bayden idi. Məhz erməni diasporunun əlində oyuncağa çevrilən Bayden Azərbaycana qarşı 907-ci düzəlişin müəlliflərindən biri  idi. 32 il əvvəl guya Azərbaycanın Ermənistan ərazilərini işğala məruz qoyması və Ermənistanı blokadada saxlaması ittihamı ilə Azərbaycana qarşı sanksiya tətbiq edən faşist təffərkürlü insanlar özlərini sülh "göyərçinləri  kimi təqdim edirlər. Ömrünün qürub çağında, insanlarla ulduzları səhv salan, üzünü göylərə tutub adamlarla danışan bu qoca kişi,vəzifəsinin son mərhələsində dünyanı yenidən təhdid edir. Avropanı özünün müstəmləkəsi hesab edən ABŞ-nin köhnə qitədəki əlaltıları da, Baydenin dedikləriylə oturub durur. Özlərini insan haqlarının müdafiəçisi kimi təqdim edənləri milyonlarla insanın taleyi maraqlandırmır. Yalan,  böhtan, şantaj üzərində qurulan ABŞ hakimiyyəti isə daxildəki böhranı aradan qaldırmaq, dünyaya ağalıq etmək, ən güclü rəqiblərini sıradan çıxartmaq niyyətindədir. Buna nail olmaq isə elə də asan deyil.
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 22 noyabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən canlı son xəbər hava haqqinda cəbhədən yeni xəbərlər