Murad: "Azərbaycanlı vətəndaşlıqdır, türk isə kimlik
Murad Arif sosial şəbəkə paylaşımında etnik kimlik və millilik mövzusuna dair fikirlər səsləndirib.
azxeber.com xəbər verir ki, sənətçi bildirib ki, dünyada elə ölkələr var ki, ən böyük etnik qrup özünü açıq şəkildə etnik adı ilə ifadə etməkdə çətinlik yaşayır və bu mövzu bəzən ictimai müzakirələrdə mübahisə doğurur.
Onun sözlərinə görə, bəzi hallarda "türk" kimliyini vurğulamaq müxtəlif damğalanmalara səbəb kimi qəbul edilir:
"Yeganə ölkədir ki, ölkədə yaşayan ən böyük etnos özünə "türk" deməyə peşmandır. Hamı özünü adı ilə çağırır, bircə türklərdən başqa. "Türk" deyəndə də olursan, millətçi, faşist, separatist... Hər kəs öz millətini sevəndə, tarixininin, mədəniyyətinin təbliğatını aparanda problem olmur, etnik olaraq türk olan biri bunu edəndə avtomatik olaraq irqçi damğası yeyir".
O, eyni zamanda etnik kimliyin ayrıca bir anlayış olduğunu vurğulayaraq, insanların həm vətəndaş, həm də etnik kimliyə sahib ola biləcəyini bildirib:
"Azərbaycanlı" siyasi termindir, vətəndaşlığını ifadə edir. Hamımız "azərbaycanlı" adı altında vətəndaş kimliyinə sahibik. Türk də, talış da, tat da, udin də, ləzgi də, rusumuz da, yəhudimiz də azərbaycanlıdır. Axı bir də etnik kimlik var! Mən hamı kimi azərbaycanlıyam, Azərbaycan vətəndaşıyam, bəli. Amma milliyətcə türkəm".
Aysel
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR
Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub