Muxtar Babayev 'Qlobal Bərpa Olunan Enerji Sammitin'də çıxış edib

Muxtar Babayev 'Qlobal Bərpa Olunan Enerji Sammitin'də çıxış edibCOP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT Baş Assambleyasının 79-cu sessiyasında Yüksək Səviyyəli Həftəsi çərçivəsində keçirilən "Qlobal Bərpa Olunan Enerji Sammitin"də çıxış edib.
azxeber.com "Report"a istinadən xəbər verir ki, o, çıxışında Azərbaycanın COP29 fəaliyyət gündəliyində enerjiyə böyük diqqət yetirildiyini və COP28 Dubayda qəbul edilmiş qərarlarla bağlı nəzərdə tutulmuş bir sıra layihələr hazırlandığını vurğulayıb:
"COP28-də BƏƏ Konsensusu mühüm nailiyyət əldə etdi və bizim üçün möhkəm zəmin yaratdı. Enerji keçidlərinə dair çağırışları ədalətli və nizamlı şəkildə yerinə yetirmək məqsədi ilə biz gələcəyin bərpa olunan enerji sistemlərini yaratmaq üçün birlikdə işləməliyik".
Nazir COP29 çərçivəsində bərpa olunan enerjiyə keçidlə bağlı Azərbaycanın irəli sürdüyü təşəbbüslər barəsində qonaqları məlumatlandırıb: "Azərbaycanın təşəbbüskar olduğu Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi çərçivəsində əsas məqsəd qlobal enerjinin saxlanılması potensialını 2022-ci illə müqayisədə altı dəfə artıraraq 2030-cu ilə qədər 1 500 giqavata çatdırmaqdır. Öhdəlik götürən tərəflər enerji şəbəkələrini təkmilləşdirmək məqsədilə görülən qlobal səylər çərçivəsində 2040-cı ilə kimi 80 milyon kilometrdən çox enerji şəbəkəsini ümumi şəbəkə sisteminə əlavə etmək üçün bu sahəyə investisiya axınını artıracaq.
Təşəbbüskarı olduğumuz COP29-un Yaşıl Enerji üzrə Zona və Dəhlizlər Öhdəliyində investisiyaların təşviqi, iqtisadi artımın stimullaşdırılması, infrastrukturun inkişafı, modernləşdirilməsi və genişləndirilməsi, eləcə də regional əməkdaşlığın təşviqi ilə bağlı hədəflər olacaq".
M.Babayev beynəlxalq enerji agentlikləri və qlobal tərəfdaşlara səslənərək COP29-un Qlobal hədəflərini milli fəaliyyət planlarına çevirmək üçün kritik məqam olduğunu qeyd edib.

Siyasi       Tarix: 25 sentyabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi


son xeberler azerbaycan xeberleri yeni xeberler ən son xəbərlər krimnal bugun oxu.az xeberler son xeberler bugun 2026 azerbaycan