Natiq Cəfərli: "Azərbaycan üçün Gürcüstanda hansı siyasi partiyanın hakimiyyətə gəlməsinin elə bir əhəmiyyəti yoxdur"

Natiq Cəfərli: Gürcüstan müxalifəti, siyasi qüvvələrin fəalları, eləcə də qeyri-hökumət təşkilatları Tbilisidə etiraz aksiyalarını davam etdirirlər. Müxtəlif güclərin toqquşduğu Gürcüstanda siyasi mənzərə getdikcə pisləşir və Qərb Gürcüstan hökumətini qəbul etmək istəmir.
Baş nazir İrakli Kobaxidze də məsələdən narahatlığını ifadə edib:
"Bu zorakılığı təşkil edən, lakin özləri kabinetlərində gizlənən siyasətçilər   məsuliyyətdən qaça bilməyəcəklər. Bu aksiyalarda iştirak edən və onlara dəstək verən imkanlı  QHT rəhbərləri də başlarını öz ofislərinə soxublar".
Ümumiyyətlə Gürcüstanda baş verənlər nəyə işarədir və Rusiya ilə Qərbin maraqlarının toqquşduğu regionda hansı hadisələr cərəyan edir? Regionda baş verən hadisələr Azərbaycan-Gürcüstan münasibətlərinə necə təsir edəcək?
KONKRET.az-ın suallarını cavablandıran Real partiyasının sədri Natiq Cəfərli bildirdi ki, bütün bunlar  Gürcüstandakı hadisələrin gedişatından asılı olacaq:
Natiq Cəfərli: "Hansı formada, necə bitəcəyini indidən demək bir qədər çətindir. Amma düşünürəm ki, Gürcüstanda hansısa siyasi cərəyanın hakimiyyətə gəlməsindən asılı olmayaraq Azərbaycanla münasibətlərdə heç bir ciddi dəyişiklik gözlənilmir.  Çünki Azərbaycanla Gürcüstan strateji  müttəfiqdirlər və strateji müttəfiqlik qarşılıqlı maraqlara bağlıdır. Ona görə də orada hansı siyasi partiyanın hakimiyyətə gəlməsinin elə bir əhəmiyyəti yoxdur.  Biz Saakaşvilinin dövründə də  bunun şahidi olduq. Həmin dövrdə də Azərbaycanla Gürcüstanın çox gözəl münasibətləri var idi. Sonra hökumət dəyişsə də, münasibətlər yenə davam elədi. İndi eyni ssenari təkrarlana bilər.Yəni, Azərbaycanla Gürcüstan münasibətlərində dəyişikliyin baş vermə ehtimalı çox azdır.
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 03 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə


yeni xeberler azerbaycan xeberleri son xeberler kriminal cəbhədən video krminal bu gun son xəbərlər azərbaycanda