"Neft bazarındakı dəyişiklik Azərbaycan iqtisadiyyatında ciddi təlatümlər yaradacaq səviyyədə deyil"

"Neft bazarındakı dəyişiklik Azərbaycan iqtisadiyyatında ciddi təlatümlər yaradacaq səviyyədə deyil"Milli Məclisin deputatı Tahir Mirkişili dünya bazarında neftin qiymətinin ucuzlaşmasına münasibət bildirib.
Milli.Az xəbər verir ki, millət vəkili Trend-ə bildirib ki, keçən həftə OPEK+ ölkələri arasında, xüsusilə də Rusiya və Səudiyyə Ərəbistanı arasında istehsal həcminin azaldılması ilə bağlı razılığın əldə olunmaması neftin qiymətinin düşməsini şərtləndirirdi: "Səudiyyəlilər bazardan gündə 1.5 milyon barel neftin çıxarılmasını təklif etsələr də, rusiyalılar bundan imtina ediblər. Nəticədə səudiyyəlilər əks qərar verərək neft istehsalının artırılmasına qərar verib və bütün bazarlar üçün qiymət təklifini aşağı salıblar.
Beləliklə, neft bazarı 3 qat zərbə almaqdadır: şok təklif (Sədiyyə neftinin həcminin artması), şok tələb (Koronavirus epidamiyasının yayılması nəticəsində tələbin azalması) və artıq nefti bazardan yığışdıra və situasiyanı tənzimləyə bilən balanslaşdırıcı mexanizmin olmaması.
1930-cu ildən sonra keçən 90 il ərzində belə toksik kombinasiya heç zaman olmayıb. 1930-cu illərdə "Böyük Depressiya" zamanı Texasda Qara nəhəng yatağının kəşf olunması bazarda təklifi xeyli artırdı və neftin qiyməti o zaman 1 dollardan da aşağı düşmüşdü.
Hazırda bir çox təhlilçi mərkəzlər neftin 1 barelinin 20 dollara qədər düşəcəyini proqnozlaşdırırlar".
İqtisadçı deputat bu prosesin Azərbaycana təsirindən də danışıb: "Neft qiymətinin kəskin düşməsi neft ixrac edən ölkələrin iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Amma hazırda Azəraycan gündə orta hesabla 540 min barel xam neft ixrac edir. 2019-cu ildə bütövlükdə ixracımız idxalımızdan 8 milyard dollar çox olub (qızıl idxalını nəzərə almasaq). Xam neft ixracımız 15 milyard dollara yaxın olub. 2019-cu ilin 9 ayının yekunlarına görə, tədiyə balansında neft-qaz sektoru üzrə profisit 9.9 mlrd dollar, qeyri-neft sektorunda isə defisit 4.8 mlrd dollar olub.
Dövlət Neft Fondunun 2020-ci il üçün gəlirləri 12.4 milyard manat, bu gəlirləri isə 11.4 milyard manatı (92%-i) dövlət büdcəsinə transfert üçün nəzərdə tutulub.
Neftin qiymətinin dəyişməsini Azərbaycan iqtisadiyyatına təsirindən danışarkən 3 ssenarini nəzərə almaq lazımdır: Qısamüddətli, Ortamüddətli, Uzunmüddətli. Öncə deyək ki, neftin qiyməti dövlət büdcəsində 1 barelinin qiyməti 55 dollar həddində götürülüb. Yəni, neftin 1 barelinin qiymətinin 30 dollar həddində olması Azərbaycanın hər gün nəzərdə tutulmuş gəlirdən sadə hesabla 13.5 milyon dollar az gəlir əldə etməsinə səbəb olacaq.
Sadə formada hesablasaq: Qısamüddətli ssenaridə neftin qiyməti 1 ay bu həddə qalarsa, iqtisadiyyatımız 405 milyon dollar az gəlir əldə edəcək. Ortamüddətli ssenarida, neftin qiyməti 5 ay bu həddə qalarsa, iqtisadiyyatımız 2 milyard dollar az gəlir əldə edəcək. Uzunmüddətli ssenaridə neftin qiyməti 9 ay bu həddə qalarsa, iqtisadiyyatımız 3.6 milyard dollar az gəlir əldə edəcək.
Yuxarıda göstərdiyimiz kimi, bu ssenarilərin heç biri Azərbaycan iqtisadiyyatında ciddi təlatümlər yarada biləcək səviyyədə deyil. Burada kifayət qədər digər amillər də var ki, daha geniş yazmaq olar. Tədiyə balansının 5.1 milyard dollarlıq müsbət saldosu, ixracın idxalı 8 milyard dollar üstələməsi neft qiymətlərinin belə kəskin düşməsinin ölkə iqtisadiyyatına təsirini minimallaşdırır. Eyni zamanda, son illər Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən islahatlar, qeyri-neft sektorunun sürətli inkişafı, qeyri-neft ixracının artım sürətinin yüksək olması belə təsirləri minimallaşdırır. Ölkədə həyata keçirilən şəffaflaşma tədbirləri nəticəsində dövlət büdcəsi gəlirlərinin son 2 ayda 250 milyon manat artması büdcə öhdəliklərinin də yerinə yetirilməsi baxımından mühüm nəticədir.
Düşünürük ki, neftin qiymətinin bu həddə enməsi, əsasən, Səudiyyə Ərəbistanı ilə Rusiya arasında "neft müharibəsi"nin nəticəsidir. İstehsalın artırılması və qiymətlərin düşməsi heç bir ölkə üçün iqtisadi cəhətdən sərfəli deyil. Digər tərəfdən, hesablamalara görə, Səudiyyə İqtisadiyyatı neftin qiymətinin 84 dollar, Rusiya iqtisadiyyatı isə qiymətin 42.5 dollar həddə olmasına dözə bilərlər. Bu şərtlər daxilində qiymətin uzun müddət aşağı həddə qalması inandırıcı görünmür.
Azərbaycan iqtisadiyyatının kifayət qədər imkanları toplandığından belə təsirlərin Azərbaycan manatını yenidən devalvasiyaya uğradacağı ehtimalları minimaldır, demək olar ki, yoxdur. Əhalini ən çox düşündürən bu sualın cavabına iqtisadçı olaraq demək istərdim ki, təlaşa ehtiyac yoxdur, neft bazarının bu cür dəyişkənliyinə öyrəşmək lazımdır".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 09 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal xeberler xeberler bu gun qurban bayrami 2026 metbuat