Neft Fondu əməkdaşlarının 3 günlük istirahəti üçün 118 min manat xərcləyəcək
Dövlət Neft Fondu (ARDNF) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
KONKRET.az xəbər verir ki, tender müsabiqəsinin qalibi "RR Travel Company" MMC (VÖEN – 1305786331) olub.
Tenderin qalibi olan "RR Travel Company" MMC ARDNF-nin sifarişi əsasında əməkdaşlar üçün komandaqurma (teambuilding) və korporativ ünsiyyət tədbirlərinin təşkili xidmətlərini həyata keçirəcək və qarşılığında 118 min 133 manat alacaq.
Məlumat üçün bildirək ki, "RR Travel Company" MMC Neft Fondunun 130 nəfər əməkdaşının 8-9 iyun tarixlərində İsmayıllı rayonuna səfərini təşkil edəcək və eyni zamanada dekabr ayının 21-də Fond əməkdaşları üçüb Yeni il tədbirini təşkil edəcək.
Qeyd edək ki, "RR Travel Company" MMC turizm şirkətidir və əsasən xarici ölkələrə turizm səfərlərinin təşkili üzrə ixtisaslaşıb. "RR Travel Company" MMC "RR Group of Companies" MMC-yə bağlı olduğu bildirilir. Nizamnamə kapitalı 40 manat olan "RR Group of Companies" MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. MMC-nin sahibi Qarayev Rafiq Hümbət oğludur.
Onu da bildirək ki, Neft Fondu tərəfindən açıqlanan sonuncu hesabatda bu qurumda 151 nəfər işçinin çalışdığı qeyd olunub. (yeniavaz.com)

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev