Niyə bəzi dərmanlar apteklərdən yoxa çıxıb? - ARAŞDIRMA

Niyə bəzi dərmanlar apteklərdən yoxa çıxıb? - ARAŞDIRMAÖlkədə dərman preparatları ilə təminatda böyük problem yaşanır. Vətəndaşlar bir çox dərmanları apteklərdə tapa bilmirlər. Çox hallarda isə reseptdəki dərmanları almaq üçün aptek-aptek gəzməli olurlar. Bəs səbəb və çıxış yolu nədir? 
KONKRET.az mövzu ilə bağlı "Kaspi" qəzetinin yazısını təqdim edir:
"Dünən Sabunçudakı bütün apteklərə baxmışam. Uşaq üçün bir dənə də sirop yoxdur. Əvvəl "Nurofen" istəyəndə 5-6 cür əvəzedici təklif edirdilər. İndi heç biri yoxdur. Qızdırma üçün şamlar da yoxa çıxıb".
Son vaxtlar bu tipli statusları sosial şəbəkələrdə çox görürük. Çünki "Aspirin kardio", "Nurofen", "Tetrasiklin", "Valerian", öskürək əleyhinə siroplar və s. kimi hər zaman əlçatan olan dərmanları apteklərdə tapmaq olmur. Ancaq tək bu tipli deyil, ümumilikdə, bir çox dərman vasitələrini tapmaqla bağlı insanlar problem yaşayır.
Məsələn: "Epilepsiya xəstələri üçün nəzərdə tutulan "Karbamazepin" dərmanı yoxa çıxdı. Bir müddətdən sonra əvəzləyicisi olan "Finlepsin" yoxa çıxdı. Bircə ümid qalmışdı "Finlipsal"a, o da artıq tapılmır".
"Ürək əməliyyatı keçirən insanlara həkimlər ömürlük "Varfarin" dərmanı yazır. Bu dərman neçə aydır yoxa çıxıb. Ya da varsa, 4 manatlıq dərmanı əl altdan 30-40 manata ala bilərsən".
Həkimlərin də problemlə bağlı paylaşımları çoxalıb: "Kardiologiyada aspirin nə deməkdirsə, psixiatriyada da "Haloperidol" dərmanı odur. İllərdir bir çox şizofreniya xəstəsinin təməl ehtiyaclarından olan bu dərman son vaxtlar tapılmır".
"Xroniki xəstələrin illərlə qəbul etdiyi preparatlar ya tapılmır, ya da baha qiymətə tapılır".
8 ay keçib, həll tapılmadı?
Yəni bəzi dərmanları tapa bilmirik. Bəzilərini isə tapmaq heç də asan deyil. Belə ki, əvvəllər həkim resept yazırdı, çox zaman bir aptekdən alırdın. İndi bir resept üçün aptek-aptek gəzməli olursan. Pandemiyanın çox aktiv dövründə başadüşülən idi, ancaq hazırda bu problem getdikcə dərinləşir. Dərman təhlükəsizliyi ilə bağlı artıq ciddi problem var. Məsələ gündəmə gələndən isə Səhiyyə Nazirliyi bildirir ki, apteklərin dərman vasitələri ilə təminatı səlahiyyətləri daxilində deyil. Nazirliyin Analitik Ekspertiza Mərkəzi isə yalnız dərman preparatlarının dövlət qeydiyyatına alınması və keyfiyyətə nəzarəti həyata keçirir.
Ümumiyyətlə isə, dərman çatışmazlığına səbəb olaraq Rusiya-Ukrayna münaqişəsi göstərilir. Çünki Azərbaycana dərman vasitələri, əsasən, Türkiyə, Rusiya, Ukrayna, Hindistan və digər Avropa ölkələrindən idxal olunur. Burada Rusiya və Ukraynanın payı çox böyükdür. Ancaq münaqişənin başladığı 8 aydan çoxdur və nə vaxt da bitəcəyi məlum deyil. Uzun zamandır ki, dərman problemi yaşanır. Bu müddətdə niyə alternativ həll yolu tapılmayıb? Ümumiyyətlə, dərmanla təminatımız niyə bu səviyyəyə düşüb? Çıxış yolu nələrdir?
Rusiya və Ukraynanın əvəz edilməmə səbəbi
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli deyir ki, Azərbaycan dərmanla təminat məsələsində 99 faiz idxaldan asılı olduğu üçün bu cür problemin bir gün yaşanacağı gözlənilən idi: "Azərbaycan çox vacib, ən sadə və həyati əhəmiyyət daşıyan dərman preparatlarının belə istehsalını qura bilməyib. Hər dəfə müsahibələrimizdə deyirdik ki, günün birində Azərbaycanın dərman təchizatında problem yaşana bilər. Bunun olmaması üçün yeni əczaçılıq zavodlarının inşa olunmasını, bu sahəyə investisiya qoyulmasının vacibliyini qeyd edirdik. Dövlətin birbaşa investisiyası olmalıdır. Zamanla dünyada baş verən qlobal tendensiyalar Azərbaycanda bu problemin dərinləşməsinə gətirib çıxardı. Rusiya-Ukrayna münaqişəsinin böyük təsiri oldu".
Azərbaycan dünyanın bir çox ölkəsindən dərman idxal edir. İ.Hüseynli Rusiya, Ukrayna, Belorusdan olan idxalı tam əvəzləyə bilməməyimizin iki səbəbi olduğunu dedi: "Birincisi, Azərbaycana 5 500-dən çox dərman idxal olunur. Onun Rusiya, Ukrayna və Belorusun payına düşən hissəsi böyükdür. Onların hamısının əvəzlənməsi bir az çətindir. Rusiya bazarında istehsal oluna dərman çeşidləri Türkiyə ilə eyni deyil. Məsələn, ola bilsin ki "Vitamin C" amplua şəklində yalnız Ukrayna və Rusiyada istehsal olunur, Türkiyə və İtaliyada yox. Dünyanın bütün zavodları hər şeyi istehsal etmir. Analoqları olanları gətirirlər.
Səhiyyə Nazirliyi bu problemdən yaxa qurtarmağa cəhd eləməsin. İdxalın əvəzlənməsində problem yaradan ikinci problem nazirliyə bağlıdır. Ölkədə dərman preparatlarının dövlət qeydiyyatına alınması işini nazirliyin nəzdindəki mərkəz həyata keçirir. Dərman preparatlarının idxalının həyata keçirilməsində süründürməçilik var. Qeydiyyat prosedurları sadələşdirilməlidir. Məsələn, ampisilin idxal ediləcək. Biri 0,5, biri də 1 qramlıqdır. Hər biri nazirlik tərəfindən ayrı-ayrılıqda qeydiyyatdan keçməlidir. Amma tərkibi eynidir, çəki fərqi var. Üstəlik, qeydiyyat üçün çox sayda sənəd tələb olunur. O sənəd çatmır, bunu gətir, onu gətir. Sonra növbə gözləyirsən ki, nə vaxt qeydiyyata alacaqlar. Bu proses 6-7 ay vaxt aparır. Qeydiyyatdan sonra bir preparatın idxalı üçün icazə müddəti 5 illikdir. 5 il idxal edirsən, sonra yenidən qeydiyyat proseduruna keçirsən. Zaman da sürətlidir. 10 dərmanın bu gün, 10-nun sabah 5 ili tamam olur. Beləliklə, 6-7 ay sənədləşmə getdiyi üçün həmin dərmanla bağlı problem yaranır. Çünki o dərmanı başqa şirkət gətirmir".
"Dərman gətirmək şirkətlərə sərfəli deyil"
İ.Hüseynli problemin bir əsas səbəbinin də sahibkarların bioloji aktiv maddələr idxalına daha çox maraq göstərməsi olduğunu deyir: "Dərman vasitələrinin qiymətinin Tarif Şurası tərəfindən müəyyənləşməsi sahibkarları daha çox dərman preparatları deyil, bioloji aktiv əlavələri gətirməyə yönləndirdi. Çünki bioloji aktiv maddələrin Səhiyyə Nazirliyində qeydiyyatı tələb olunmur. Qida Təhlükəsizliyi Agentliyindən uyğunluq sertifikatını alıb istədikləri qiymətə sata bilirlər. Bioloji aktiv maddələrin satışından çox yaxşı gəlir əldə edirlər. Dərman vasitələri idxal etmək isə sərf etmir".
Ekspert bildirdi ki, bəzi dərmanların satış, saxlanması ilə bağlı müəyyən tələblərin qoyulması da həmin dərmanların tapılmasında problem yaradan məsələ olub: "Narkotik tərkibli, yaxud psixotrop dərman vasitələrinin satışının uçot sistemi tətbiq olundu. O dərman preparatlarının satışını həyata keçirmək üçün apteklərə xüsusi göstərişlər tələb kimi qoyuldu. Ayrıca otaq şəklində saxlanması, Daxili İşlər Nazirliyindən xüsusi icazənin, qeydiyyatın alınması və s. məsələlər oldu. Bu prosedurlar artdıqca, həm də apteklərin çoxlarının həmin o standartlar çərçivəsində qurulması, obyekt içərisində onu yaratmaq xeyli çətin olduğuna, imkanlar məhdud olduğuna görə, xeyli aptek bundan imtina etdi. Həmin dərmanların satışını həyata keçirəcək apteklərin sayı 10-20 dəfə azaldı".
3 həll yolu
Millət vəkili Müşfiq Məmmədli deyir ki, ölkənin dərmanla təminat məsələsində hazırda yaranan problemin həlli üçün 3 önəmli addım atılmalıdır: "Problemlə bağlı müzakirələrdə təkliflərimizi səsləndiririk. Bununla bağlı müxtəlif orqanlar qarşısında məsələ qaldırmışıq, təkliflərimizi vermişik. Problemin həlli üçün bir neçə istiqamətdə iş görülməlidir. 3 əsas nüans burda önəmlidir. Birincisi, daxili dərman preparatlarının istehsalının stimullaşdırılması üçün lazımi addımlar atılmalıdır. İkincisi, dərman preparatlarının qeydiyyat proseduru asanlaşdırılmalıdır. Təbii ki, insan sağlamlığından söhbət gedir, dərman qrupları fərqlidir, hər birinə yanaşma müxtəlif olmalıdır. Amma sadələşdirmə mümkün olan istiqamətdə buna gedilməlidir. Üçüncü məsələ isə, alternativ əlaqələrin qurulmasıdır. Bu istiqamətdə Səhiyyə Nazirliyi müəyyən işlərə başlayıb. Latın Amerikası ölkələri, Türkiyə və yaxın Avropa ölkələri ilə əməkdaşlıq üçün addımlar atılır".
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə deyib ki, Azərbaycan hökuməti dərman vasitələri ilə bağlı yeni proqram hazırlayır.

Sağlamlıq       Tarix: 20 noyabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Peyğəmbərin təriflədiyi toxum: Hər gün 2-3 ədəd

"Qara toxum" hesab edilən və Peyğəmbərimiz Məhəmməd (s.ə.s.) tərəfindən tövsiyə edilən çörək otu əsrlər boyu şəfa mənbəyi kimi istifadə edilib.   -a istinadən xəbər verir ki, Səhih Müslim və Buxariyə görə, Peyğəmbərimi

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Zəncəfilin faydaları və zərərləri - Mütəxəssis

Zəncəfil həm bioloji aktiv maddələrlə, həm də vitamin və minerallarla zəngindir. Tərkibində ətirli zəncəfil yağı da mövcuddur və lifli qidalar kateqoriyasına daxil olduğundan, sağlamlıq üçün çoxsaylı faydaları var.  xəbə

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində


azerbaycan xeberleri son xeberler yeni xeberler ensonxeberler son xeberler bugun 2026 azerbaycan en son xeberleri son xeber az