Norm Ustalar Klubu 2019-cu ilin Milli KSM layihəsi mükafatına layiq görüldü

Norm Ustalar Klubu 2019-cu ilin Milli KSM layihəsi mükafatına layiq görüldüCari ilin 24 yanvar tarixində Norm  şirkətinin "Norm Ustalar Klubu" layihəsi ilə qatıldığı 2019 Milli KSM müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub. Müsabiqənin komissiya heyətini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOB), Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Asossiasiyası, ASAN Xidmət, CSR Europe, CSR Turkey, CSR Azerbaijan, həmçinin PROAKTIV PR Agentliyindən məsul şəxslər təşkil edib.
Müsabiqə KSM-in ölkəmizdə inkişafı üzrə dövlət siyasətinin, o cümlədən Heydər Əliyev fondunun həyata keçirdiyi sosial layihələrin davamı olaraq təşkil olunub. Müsabiqədə Norm-un həyata keçirdiyi "Ustalar Klubu" layihəsi BMT-nin 12-ci  dayanıqlı inkişaf istiqaməti olan "Məsuliyyətli istehlak və istehsal" istiqaməti üzrə  2019 Milli KSM mükafatına layiq görülüb. 
Norm Ustalar Klubu layihəsi artıq 2016-cı ildən etibarən Norm şirkətinin rəhbərliyi və beynəlxalq araşdırma şirkəti olan Business Insight International Research Group-un koordinatorluğu vasitəsilə həyata keçirilir. Layihənin əldə etdiyi uğurlar peşəkar, innovativ və  yüksək ixtisaslı Norm və Business Insight komandalarının birgə əməyinin nəticəsidir. 
Ölkədə həyata keçirilən ən irihəcmli və sosialyönümlü layihələrdən olan Norm Ustalar Klubunun faydaları sadəcə ustalara deyil, həmçinin son müştəriyə, yəni ümumilikdə cəmiyyətə hesablanmışdır. Məlumdur ki, Norm Sement tərəfindən mütəxəssislərin iştirakı ilə təşkil olunan təlimlərdə  sement və beton sahəsində xüsusi nəzəri və praktiki biliklərə yiyələnmiş, sertifikasiya imtahanlarınından yüksək bal toplamış ustalar daha səmərəli fəaliyyət göstərir və işlərində daha faydalı olurlar. Fərqlənən ustalar il ərzində xüsusi bonuslardan, pulsuz danışıq dəqiqələrindən və dəyərli hədiyyələrdən yararlana bilirlər.
Norm şirkətinin peşəkar komandası və Business Insight Beynəlxalq Araşdırma şirkətinin dəstəyi ilə təşkil olunan təlimlərdə inşaat ustalarının sadəcə peşə və bacarıqlarının artırılmasına deyil, həmçinin maliyyə savadılığının, tibbi məlumatlılığın artırılması, müştəri münasibətlərinin təkmilləşdirilməsi məsələlərinə üstünlük verir. Belə təlimlərin keçirilməsi ustaların hərtərəfli inkişafına, son müştərinin isə yüksək səviyyəli xidmət əldə etməsinə gətirib çıxarır.
Müştəri yönümlü fəaliyyəti ilə qabaqcıl sıralarda yer alan Norm Sementin bundan sonra da ustalara dəstək və qayğısı davam edəcək. Daim öz sosial öhdəliklərinin fərqində olan, cəmiyyətə yararlı və müxtəlif yaş qruplarını əhatə edən sosial layihələr həyata keçirən Norm Sement  bu ənənəsini 2020-ci ildə də davam etdirməyi planlaşdırır. /news.milli.az

İqtisadiyyat       Tarix: 17 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin


son xeberler azerbaycan xeberleri yeni xeberler son.xabar valyuta sonxeber.az krimnal xeber