Norveç şirkəti: "Cənub Qaz Dəhlizi" qaz tədarükü mənbələrinin şaxələndirilməsi baxımından vacib rol oynayacaq
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" qaz tədarükü mənbələrinin şaxələndirilməsi baxımından vacib rol oynayacaq.
Milli.Az bildirir ki, bunu Trend-ə Norveçin "Rystad Energy" konsaltinq şirkətinin bazarlar üzrə analitiki Ole Hvalbü deyib.
O bildirib ki, "Cənub Qaz Dəhlizi" "Şahdəniz" qaz-kondensat yatağından qazın Cənubi Qafqaz, Trans-Anadolu və Trans-Adriatik boru kəmərləri ilə Avropaya nəql olunacağı qaz kəmərləri şəbəkəsini əhatə edir: "Qaz nəqlinin təxminən 16 milyard kubmetrə çatacağı gözlənilir. Azərbaycan qazı Türkiyənin və Avropa ölkələrinin enerji təhlükəsizliyinə mühüm töhfə verəcək və onların bir tədarükçüdən asılılığını azaldacaq".
O.Hvalbü qeyd edib ki, "Cənub Qaz Dəhlizi" Türkiyənin Cənub-Şərqi Avropa ölkələri regional enerji mərkəzinə çevrilməsinə imkan yaradacaq.
Analitik bildirib ki, "Cənub Qaz Dəhlizi"nin gələcəkdə genişləndirilməsi məsələsinə də böyük maraq mövcuddur.
Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" ilə Azərbaycan qazının Avropaya nəqli bu il başlayacaq.
Dəyəri 4,5 milyard avro olan TAP boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə gedərək İtaliyanın cənubuna çatdırılacaq.
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə "Trans-Adriatik" (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
Milli.Az /news.milli.az

Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar
Ararat Mirzoyandan ŞOK AÇIQLAMA: "Sülh müqaviləsindən əvvəl bunu edə bilərik"
Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü
Tokayev Türkiyəyə gedir
Türkiyədə Azərbaycana dair paylaşımlar edən şəxslər saxlanıldı
Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var
Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir
Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı
Naxçıvanda yeniyetmə bıçaqlandı
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi