Öcalanın çağırışına Moskvadan REAKSİYA
Rusiya PKK terror təşkilatının lideri Abdullah Öcalanın silahları yerə qoyma çağırışına və Dəməşq-YPG arasında imzalanan razılaşmaya reaksiya verib.
KONKRET.az publika.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat konfransında danışıb.
"Ölkədə və ümumilikdə regionda zorakılığın azaldılmasına, mövcud problemlərin dinc üsullarla həllinə inam mühitinin yaradılmasına yönəlmiş istənilən addım və təşəbbüslər alqışlana bilər. Ümid edirik ki, bu, sülhü təmin edəcək, sabitliyi və təhlükəsizliyi gücləndirəcək", – deyə o bildirib.
Sözçü Suriya prezidenti Əhməd əl-Şəra ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında imzalanan müqaviləyə də münasibət bildirib:
"Rusiya Fəratın şərqinin Suriya dövlətinin himayəsinə qaytarılması ilə bağlı imzalanmış sazişi alqışlayır. Bu saziş eyni zamanda həmin bölgədə yaşayan bütün etnik və məzhəb qruplarının qanuni hüquq və mənafelərini təmin edir.
Ümumiyyətlə, hesab edirik ki, Suriya vətəndaşları xarici müdaxilə olmadan geniş dialoq çərçivəsində öz müqəddəratlarını təyin etməlidir. Suriya administrasiyası ilə SDQ arasında imzalanan bu razılaşmanı Suriyanın birliyinin təmin edilməsi, təhlükəsizliyi və sabitliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addım hesab edirik.
Biz başa düşürük ki, bu sazişlərin praktiki icrası, şübhəsiz ki, bir çox çağırışlarla, təhdidlərlə və müxtəlif problemlərlə üzləşəcək. Bu çətinlikləri aradan qaldırmaq üçün konstruktiv səylər davam etdirilməli və təbii ki, kompromislərə hazır olmaq lazımdır. Ümid edirik ki, hər iki tərəf buna nail olacaq".

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir