Öldürücü xəstəlik sürətlə yayılır: necə qorunaq?

Öldürücü xəstəlik sürətlə yayılır: necə qorunaq?Meymunçiçəyi virusu "çiçəkkimilər" qrupuna aiddir. Dünyanın dörd ağır karantin infeksiyasından biri olan "təbii çiçək" də bu qrupa aiddir. Lakin meymunçiçəyinin ağırlıq dərəcəsi onunla müqayisə edilə bilməz. Hazırda ikinci əvvəlkilərdən təhlükəlidir.
KONKRET.az bildirir ki, bu sözləri Axar.az-a həkim, tibb üzrə elmlər doktoru Adil Qeybulla meymunçiçəyi xəstəliyi ilə bağlı yaranan vəziyyəti şərh edərkən deyib.
Onun sözlərinə görə, xəstəlik təmas vasitəsi ilə yayılır və tibbi müalicəsi yoxdur:
"Afrikada konkret epidemioloji ocağın peyda olması səbəbindən ÜST tərəfindən fövqalədə hal kimi qiymətləndirilib. Düzgün dəyərləndirmədir. Yəni bu, bütün imkanların və ictimai səhiyyənin səfərbərliyini nəzərdə tutur. Xəstəlik çox ağır əlamətlərlə başlayır. 3 həftəyə kimi inkubasiya dövrü var. Yüksək hərarət, halsızlıq, bel-əzələ, baş ağrıları, dəridə içi maye ilə dolu ağ və sarı qabarların yaranması ilə xarakterizə olunur. İmmun sistemi zəif olanlarda ölümlə də nəticələnə bilər. Xəstəliyin seroloji testi yoxdur. Diaqnostikada xeyli çətinliklər var. Təbii çiçəyə aid antiviral dərmanlar da yoxdur. Vaksin var. Bəzən də peyvəndlərin hazırlanıb yayılması ilə xəstəliyin yayılması arasında fərq olduğuna görə, bəzən vaksinasiya da vaxtında effekt vermir. Hər şey vaxtında tədbir görməkdən asılıdır".
Həkimin sözlərinə görə, bu xəstəlik ciddi fəsadlar yaratmadan təbdir görülməlidir:
"Narahat olmağımıza əsas var. Ciddi yanaşmalıyıq. Hər kəs məsuliyyətli olmalıdır. Ciddi karantin tədbirləri görülməlidir. Epidemik ocaqlar olan yerə giriş-çıxış ciddi nəzarət altında olmaldır. Hospitalizasiya dərhal həyata keçirilməldir. Ayrıca xəstəxanalar olmaldır. Çünki xəstəlik təmas vasitəsi ilə yayılır. Bu, intensiv də yayıla bilər. Çünki insanlar daima bir-biri ilə təmasdadılar. Sərhəddə, ölkəyə keçən şəxslər ciddi nəzarətə alınmalıdır. Xəstəliyin vaxtında lokallaşdırılması üçün bütün tədbirlər görməliyik".

Sağlamlıq       Tarix: 17 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Kolbasa və sosiska alarkən diqqətli olun: Bu əlamətlər təhlükədən xəbər verir

Son günlər Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən "Malakanka" MMC-yə məxsus müəssisədə yararlılıq müddəti bitmiş kolbasa və süd məhsullarının aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəm

COVİD-in ən güclü ştammı Azərbaycanda da yayılıb?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyanın bəzi ölkələrində, eləcə də Avropada, ABŞ-da və Kanadada koronavirusun PJ 2.1 növü yayılıb. Bu ştamm soyuqdəymə və qrip simptomları ilə özünü göstərir. Bəs görəsən

Bəşəriyyəti ölümcül bəladan xilas edən peyvənd: 8 yaşlı uşaq üzərində aparılan təhlükəli təcrübə

1796-cı il mayın 14-də ingilis həkim Edvard Cenner tibb tarixinin ən mühüm təcrübələrindən birini həyata keçirdi. O, səkkiz yaşlı bir uşağı qəsdən inək çiçəyi virusuna yoluxdurdu. Bir neçə həftə sonra isə onu dövrün ən qorxul

Vərəm xəstələrinə görüntülü zəng məcburiyyəti: NECƏ OLACAQ?

Vərəm xəstələrinin dərman qəbuluna nəzarət məqsədilə görüntülü zənglər vasitəsilə yoxlanılması bəzi pasiyentlərin narazılığına səbəb olub. Belə ki, evində internet olmayan, yaxud internet paketi almağa maddi imkanı çatmaya

Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi

Artıq bir sıra dünya ölkələrind göbələk mövsümü qızğın dövrünü yaşayır. Lakin mütəxəssislər meşələrdə göbələk toplayanları diqqətli olmağa çağırırlar. xəbər verir ki, Almaniya Federal Risklərin Qiymətləndirilməsi İnstitutunu

Bir böyrəklə ömürlük yaşamaq mümkündür? Həkimdən AÇIQLAMA

Gəncə sakini İradə Səidovanın həyat yoldaşına böyrəyini bağışlaması orqan transplantasiyası və donor sağlamlığı ilə bağlı bir sıra sualları gündəmə gətirib. Bir insanın bir böyrəklə ömrünün sonuna qədər yaşaması mümkündürmü

Uşaqlarda bu hal təhlükəlidir - DİQQƏT

Qrip və soyuqdəymə kimi yuxarı tənəffüs yollarının infeksiyaları, xüsusilə uşaqlarda orta qulaq iltihabına səbəb ola bilər. Vaxtında müalicə olunmadıqda isə bu xəstəlik nadir hallarda meningit və beyin absesi kimi ciddi fəsadlarl

Arıqlama iynələrini dayandıranda nə olur?

Arıqlamaq üçün istifadə olunan "Ozempic", "Wegovy" və "Mounjaro" kimi preparatları dayandıran şəxslər itirdikləri çəkinin böyük hissəsini yenidən geri ala bilərlər. KONKRET.azxəbər verir ki

Qrip olanlar bu çayları içir, amma... – Həkimdən mühüm AÇIQLAMA

Qripə yoluxan zaman bir çox insan dərman preparatları ilə yanaşı, müxtəlif bitkilərdən hazırlanmış çaylara da üstünlük verir. Cökə, zəncəfil, adaçayı, kəklikotu və çobanyastığı kimi bitki dəmləmələrinin immuniteti gücləndirdiyi


azerbaycan xeberleri son xeberler yeni xeberler bugünkü son xəbərlər cəbhədən xəbər sonxeber xeberler bu gun