"Ölkədə vəziyyət yaxşı deyil" - Virusla bağlı HƏYƏCAN TƏBİLİ

Ölkə ərazisində qrip virusu tüğyan edir. Bunu insanların sağlamlıq vəziyyətinə nəzər salanda asanlıqla anlamaq mümkündür. Lakin həmin xəstəliyin qrip olmadığı, daha ağır versiyalar barədə iddialar da az deyil.
Bəs insanların yoluxduğu xəstəlik həqiqətən qripdir, yoxsa koronavirus yenidən qayıdıb? Əhali arasında narahatlığa səbəb olan iddiaların gerçəklik payı nə qədərdir?
KONKRET.az xəbər verir ki, əhalinin sağlamlıq durumunu dəyərləndirən professor, həkim Adil Qeybulla bu barədə Yenisabah.az-a danışıb və önəmli məlumatlar açıqlayıb:
"Hazırda epidemioloji vəziyyət heç ürəkaçan deyil. Bir tərəfdən koronavirusun "Omikron" ştammı hələ də davam edir. Digər tərəfdən isə rotaviruslar, elə qrip virusunun özü və başqaları, bütün bunlar qarışıq mənzərə yaradır. Həmçinin, qızılca virusunun da yaxın vaxtlara qədər narahatlıq yaradacaq dərəcədə olmasını da unutmaq olmaz. Ona görə hesab edirəm ki, hər bir situasiyada əhali maarifləndirilməlidir. Səhiyyə Nazirliyinin, dövlətin nəznində olan nə qədər laboratoriyalar var. Hər bir halda, viruslar identifikasiya olunmalı və əhaliyə məlumat verilməlidir. İnsanlar özlərini hansı formada qorumalı olduqları barədə bilgiləndirilməlidirlər. Çox təəssüflər olsun ki, biz bunları görmürük. Bununla bağlı rəsmi məlumatlar olduqca azdır. Belə olan halda, əhali arasında şayiələr baş alıb gedir. Nəticədə narahatlıq halları daha da artır".
Həkim xəstəliyə yoluxan şəxslərə bir sıra vacib tövsiyələr də verib:
"İstənilən təqdirdə, əgər virusa yoluxma yuxarı tənəffüs yollarının infeksiyasına təzahür edirsə, mütləq yataq rejiminə keçilməli, bol maye qəbul edilməli və sonrakı mərhələdə həkim çağırılmalıdır. Amma xəstəlik qusma və diareya ilə müşaiyət olunursa, o zaman su və mineral itkisi çoxalıb deməkdir. Xüsusən, bu prosesi uşaqlar daha ağır keçirir. Ona görə də mütləq həkim təyinatı əsasında müalicə almaq lazımdır. İstənilən halda, müvafiq strukturlar bunu əhaliyə tövsiyyə etməlidir ki, konkret protokolun hansı hissəsi ambulator şəraitdə, hansı stasionar olmaq məcburiyyətindədir. Həmin göstərişlər protokolda öz əksini tapmalıdır".
Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi də bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib. Rəsmi qurum qarşıdan gələn bayram və istirahət günlərində, xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə, həmçinin əl gigiyenasına riayət etməyi tövsiyə edib.

Sağlamlıq       Tarix: 28 dekabr 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxeber son xabarlar en son xeberleri valyuta mezennesi