Ölkənin ilk rəqəmsal bankı fəaliyyətə başladı

Ölkənin ilk rəqəmsal bankı fəaliyyətə başladı3 milyondan artıq yükləmə sayı olan, ölkənin ən məşhur mobil tətbiqi Birbank artıq ilk rəqəmsal bank kimi fəaliyyətini davam etdirəcək.
Azxeber.com xəbər verir ki, daha geniş bank xidmətlərinə malik və funksionallığına görə bir sıra üstünlükləri ilə seçilən Birbank-ın həm loqosu, həm də www.birbank.az saytı tam olaraq yenilənərək, rəqəmsal bank kimi milyonlarla müştəriyə xidmət göstərəcək.
Əvvəlki geniş funksional ilə yanaşı Birbank vasitəsilə artıq kredit və ya BirKart taksit kartını sifariş edib, təyin olunan kredit məbləğini bir neçə dəqiqəyə əldə etmək mümkündür. Belə ki, həm nağd pul krediti, həm də taksit kartını almaq istəyən müştərilər mobil tətbiq və ya sayt vasitəsilə yalnız şəxsiyyət vəsiqələrinin FİN kodunu daxil etməlidirlər. Sonra müştəri ona düşən nağd pul kreditini təsdiqləyir və vəsait həmin an müştərinin Kapital Bank-a aid məvacib, təqaüd kartına və ya cari hesabına mədaxil olunur. Taksit kartı isə müştərinin seçiminə uyğun olaraq ya kuryer vasitəsilə ünvana göndərilir və ya filialdan növbəsiz götürülür.
Qeyd edək ki, iOS və Android əməliyyat sistemləri Birbank-ı yüklənmə sayı, istifadə dərəcəsi və istifadəçi rəyləri əsasında maliyyə sektorunun ən populyar tətbiqi olduğunu bildirərək, müştərilərə tövsiyə edir. Birbank-ın "Bonuslar" hissəsində həm də "ƏDV geri al" bölməsi yaradılıb. Müştərilər portalda olan şəxsi kabinetlərini Birbank vasitəsilə idarə edə bilirlər. Virtual "pul qabı"na yerləşdirilən vəsaitləri ölkədaxili bank kartlarına köçürmək və nağdsız ödənişlər zamanı istifadə etmək mümkündür.
Həmçinin, BirKart istifadəçiləri Birbank-da yaradılan şəxsi kabinetdə kredit və taksit borcları haqqında detallı məlumat alıb, ödənişlər apara bilərlər. Bütün bunlarla yanaşı Birbank-da NFC ödənişlər imkanı, rəqəmsal kart sifarişi, bankomatdan QR kod vasitəsilə nağdlaşma, hətta istifadəçiyə ən yaxın olan Kapital Bank bankomatının yerini də təyin etmək olar. Xüsusi funksiya ilə avtomobilin cərimələri barədə dərhal bildiriş almaq və cərimə ödənişləri həyata keçirmək mümkündür.
Bundan əlavə, Birbank-da telefon kitabçasında olan, istənilən şəxsə pul göndərmək və ya ondan pul istəmək və qəbul etmək kimi funksiyaları da mövcuddur. Kartlarla POS terminal, İnternet və Birbank vasitəsilə ödənişlər edərək, "Ürəklər" qismində olan bonusları müxtəlif hədiyyələrə dəyişmək olar. Birbank-ı istifadə edən zaman yarana biləcək sualları isə çat funksiyası vasitəsilə bankın əməkdaşlarına ünvanlayaraq, cavab almaq mümkündür.
Ödəniş kartlarının təhlükəsiz istifadə olunması üçün yaradılan funksionallıqlar da əsas özəlliklər sırasındadır. Birbank-da kartı bloklamaq, PİN kodunu dəyişmək, 3DS və SMS xəbərdarlıq xidmətlərinə qoşmaq və ən əsası istifadə üzrə gündəlik və aylıq limitləri təyin etməkdir.
Birbank-ın bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s. Ətraflı məlumat üçün www.birbank.az saytına müraciət edə bilərsiniz.

İqtisadiyyat       Tarix: 31 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeber qarabag valyuta mezennesi 2026 son xabar