"Omikron" dəridə neçə saat qalır? - ARAŞDIRMA
Yaponiyanın Kyoto Tibb Universitetinin tədqiqatçıları Uhanda yayılan koronavirusun ilk ştamı ilə onun digər ştamları arasındakı fərqləri araşdırıblar. Məlum olub ki, virusun "Alpha", "Beta", "Delta" və "Omikron" ştamları plastik səthlərdə və dəridə "Uhan" ştamından daha çox yaşaya bilirlər.
KONKRET.az Anadolu-ya istinadən xəbər verir ki, tədqiqatda "Uhan" ştamının plastik səthlərdə orta ömrü 56, "Alpha" variantının 191,3, "Beta" variantının 156,6, "Delta" variantının 114, "Omikron" variantının isə 193,5 saat olub.
İnsan dərisində isə "Uhan" ştamı 8,6 saat, "Alpha" ştamı 19,6, "Beta" ştamı 19,6, "Delta" ştamı 16,8, "Omikron" ştamı isə 21,1 saat mövcudluğunu qoruyub saxlayıb.
Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, "Alpha", "Beta", "Delta" və "Omikron" ştamları spirtə qarşı bir qədər müqavimət göstərsələr də, 35 faizlik spirt məhlulu ilə təmasda olduqdan sonra bütün ştamlar 15 saniyədən sonra tamamilə təsirsiz hala gəlib.

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto