"Omikron"a yoluxanlara bu dərmanlar lazım olacaq - SİYAHI

Rusiyanın əməkdar həkimi Mixail Kaqan "omikron"un ilk simptomları aşkar edildikdə lazım olan dərmanlar barədə danışıb və evdəki ilk tibbi yardım dəstində lazım olan preparatları açıqlayıb.
KONKRET.az xəbər verir ki, mütəxəssis temperaturun 38 dərəcədən çox qalxdığı zaman qızdırmasalıcı dərman qəbul etməyə başlamağı tövsiyə edib.
"Onlardan ən təhlükəsizi parasetamol və ibuprofen əsasında hazırlanan dərmanlardır. Aspirinlə isə diqqətli olmaq lazımdır. Uşaqlar üçün isə ümumiyyətlə əks göstərişdir", – deyə o bildirib.
Şiddətli burun tıxanıqlığı üçün dərmanlar arasında ekspert vazokonstriktor spreylərdən, damcılardan və burun yuma məhlullarından istifadə etməyi məsləhət görüb.
"Selikli qişaların şişkinliyini azaltmaq üçün (burun "sıx tıxanmış" kimi hiss olunur) aptekdən hipertonik məhlullar, selikli qişaları və iltihab məhsullarını yumaq üçün isə izotonik məhlullar istəmək lazımdır", – deyə Kaqan izah edib.
Boğazdakı ağrıları aradan qaldırmaq üçün həkim qarqaraları (məsələn, "furatsilin"lə) məsləhət görüb.
Bundan əlavə, mütəxəssis qışda "D" vitamini qəbul etməyin vacibliyini qeyd edib.
"D" vitamininin tez təsir göstərmədiyini başa düşmək vacibdir. Əvvəldən və uzun müddətə istifadə olunmalıdır. Demək olar ki, hamımızın qışda onu içməyə ehtiyacı var, çünki biz aşağı insolyasiya şəraitində yaşayırıq. Əgər onu qəbul etməsəniz, immunitet reaksiyaları azala bilər, hər hansı bir xəstəlikdən qorunma zəifləyə bilər", – deyə Kaqan sözlərini yekunlaşdırıb.Oxu.az

Sağlamlıq       Tarix: 30 yanvar 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə


son xeberler azerbaycan xeberleri yeni xeberler futbol xeberleri şou biznes xəbərləri apa.az xeberler sonxeberler