"Onları yandıran odur ki, bir dılğır jurnalist..." - Zərdüşt Əlizadə
"Ermənistanda hakimiyyət, əslində isə əppək uğrunda ölüm-dirim mübarizəsi gedir. Kim Ermənistanın başında olacaq, kim büdcəni idarə edəcək, kim varlanacaq, kim cibin dolduracaq? Hamı başa düşür ki, Qarabağ məsələsi həll olunub, Ermənistan Azərbaycana qalib gələ bilməyəcək. Onları yandıran odur ki, bir dılğır jurnalist gəlib ölkənin başında durub Ermənistanı idarə edir, amma biz Rusiyanın agenturası qıraqda qalmışıq".
KONKRET.az xəbər verir ki, bunu politoloq Zərdüşt Əlizadə Ermənistanda keçirilən aksiyalar haqda danışarkən deyib.O, bu aksiyaların qarşısının Paşinyan tərəfindən qətiyyətlə alınacağını bildirib:
"Bütün bunlar revanşistləri çox qəzəbləndirir. Ona görə də avara, başdan xarab adamları aksiyalara cəlb edirlər. Ermənistanda ölkəni idarə etmək uğrunda mübarizə gedir. Qarabağ, Vətən və digər pafoslu sözlərlə hakimiyyətə gəlib sonra da ciblərini doldurmaq istəyirlər. İndi Paşinyan dövlətə nəzarət edir və dövlət də güclü amildir. Orda oturan adamlar öz vəzifələrini qoruyurlar. Əgər dövlətin başında qətiyyətli adam durursa, o, qalib gələcək. Paşinyan öz hakimiyyətini qorumaqda kifayət qədər qətiyyətli olduğunu göstərib. O imkan verməyəcək ki, onu devirsinlər". (Bakupost.az)

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
Uşaqlar və pensiyaçılar üçün yaşayış minimumu açıqlandı
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs 'Trendyol'da
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi