Oqtay Qasımov: "COP29-u boykot etməyə çalışanların fəaliyyəti iflasa uğradı"
"Bir neçə gündür bütün dünyanın diqqəti Bakıya yönəlib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının-COP29-un ölkəmizdə keçirilməsi tarixi hadisədir.Dünyanın 80-dən çox ölkəsinin dövlət və hökumət başçılarının iştirak etdiyi beynəlxalq tədbir eyni zamanda qalobal məsələlərin həllini nəzərdə tutur".
Bunu KONKRET.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib:
"Hazırda iqlim dəyişiklikləri və ekoloji problemlər dünyanın qarşısında duran bir nömrəli vəzifədir. COP29-da əvvəlki COP-larda qəbul edilən qərarların icrasına yönələn layihələrin həyata keçirilməsi üçün maliyyə mənbələri müzakirə olunur. Bakıda keçirilən bu dəfəki COP-a maliyyə COP-u da deyilir. COP29-da həm ikitərəfli görüşlər keçirilir, həm də şirkətlər arası müqavilələr bağlanır. Bütün bunların hamısı dünyanın gələcəyi ilə bağlı məsələlərdir. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi və yüksək təşkilatçılığı qonaqlar tərəfindən yüksək qiymətləndirilib. Eyni zamanda bu tədbirdən dünyaya mesajlar da verildi. COP29-u boykot etməyə çalışanların fəaliyyəti əslində iflasa uğradı. Son bir ildə bu tədbirin boykot olunmasıyla bağlı edilən çağırışlar effekt vermədi. Fransa, Niderland, Kanada, Norveç kimi ölkələrin nümayəndələri tədbirə gəlmədi. Onların səyləri nəticəsiz qaldı. Azərbaycan bir daha göstərdi ki, çox böyük beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib, təşkilatçılığı həyata keçirməyi bacarır. Bütün hallarda əngəlləmə və qarayaxma kampaniyalarına baxmayaraq, COP29 öz işini davam etdirir və inanırıq ki, Azərbaycanın bu təcrübəsindən gələcəkdə digər ölkələr də yararlana biləcək".
Vəli Həsənoğlu,
KONKRET.az

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi
Sərhəddə 40 ton dizel yanacağı müsadirə edildi
Keçən il 3 manat idi - Qiyməti kəskin düşdü
Müəmmalı ölüm: güllə yarası almış kişinin meyiti tapıldı
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri