Ordumuzun vurduğu Rusiya helikopteri ilə bağlı SENSASİYA
2020-ci il noyabrın 9-da Azərbaycan hərbçiləri tərəfindən vurulan Rusiya helikopteri həmin gecə transponderləri söndürərək, sərhədin Naxçıvan hissəsinə qədər irəliləyən erməni kolonunu müşayiət edib.
KONKRET.az xəbər verir ki, bu barədə "Caliber"in məqaləsində qeyd olunur.
Nəşr yazır ki, Bakı o zaman məsələni açıq şəkildə təqdim etmək əvəzinə, geri addım atmağı seçdi:
"Azərbaycan Prezidenti İlham Əliyev həmin vaxt haqlı olaraq onun qanuni hədəf olduğunu deyə bilərdi. Amma o, kişi kimi davrandı, üzr istədi, helikopterin təzminatı və həlak olanların ailələrinə kompensiyasiya ödənildi".
"Caliber" 2023-cü il sentyabrında keçirilən antiterror əməliyyatları zamanı rus sülhməramlılara məxsus avtomobilin atəşə tutulması ilə bağlı detalları da açıb:
"Rusiya sülhməramlı kontingentinə əvvəlcədən xəbərdarlıq edilib ki, antiterror əməliyyatı keçirilən gün onların yeganə vəzifəsi bazada qalmaq olub. Kontingentin böyük əksəriyyəti bu "çətin" tapşırığın öhdəsindən uğurla gəldi. Lakin xəbərdarlıqlara məhəl qoymadan və Azərbaycan tərəfinə məlumat vermədən bazanı tərk etmək qərarına gələn bir neçə zabit oldu. Döyüş şəraitində istənilən razılaşdırılmamış hərəkət edən avtomobil avtomatik olaraq hədəfə çevrilir və təəssüf ki, o zabitlər də məhz bu səbəbdən atəşə məruz qaldı. Amma onlara açıq-aydın bazada qalmaq təlimatı verilmişdi. Vəziyyətin faciəvi olmasına baxmayaraq, Azərbaycan tərəfi baş verənlərə görə məsuliyyəti öz üzərinə götürdü, üzr istədi və hadisə ilə əlaqəli şəxsləri məsuliyyətə cəlb etdi".//Yenisabah.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi