Oskanyan Paşinyanı "xəyanətkar" adlandırdı
"Ermənistanın baş naziri Nikol Paşinyan son açıqlamaları ilə faktiki olaraq erməni soyqırımı (qondarma) faktını və onun miqyasını şübhə altına alıb. Bu bəyanatlar şoka salır və onun bir lider kimi mənəvi nüfuzunu sarsıdır".
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan sosial şəbəkədə yazıb.
Xatırladaq ki, Sürixdə erməni icması ilə görüşündə Paşinyan "erməni soyqırımı" zamanı baş verənləri, nə üçün baş verdiyini və necə qəbul edildiyini bir daha başa düşməyə çağırıb: niyə bu məsələ 1939-cu ildə gündəmdə deyildi, 1950-ci ildə ortaya çıxdı?
Oskanyanın sözlərinə görə, Paşinyanın "biz nə baş verdiyini və niyə baş verdiyini anlamaq lazımdır" ifadəsi Türkiyənin inkar təbliğatı ilə eyni səslənir.
Sabiq nazir qeyd edib ki, Türkiyə uzun illərdir ki, erməni soyqırımını Birinci Dünya Müharibəsi zamanı "ermənilərin və türklərin iztirabları" tezisi kimi irəli sürür.
Oskanyan baş nazirin bəyanatını xəyanət hesab edir:
"Buna göz yummaq olmaz. Belə mövqe bildirən şəxs bütöv bir xalqı təmsil edə, onun rəhbəri ola bilməz".
Günel Mikayılova,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi