Öskürəyin müalicəsi zamanı nələri etmək OLMAZ?

Öskürəyin müalicəsi zamanı nələri etmək OLMAZ?"Soyuqdəymə, qrip və digər bu kimi xəstəliklərin ən çox rast gəlinən simptomlarından biri öskürəkdir. Çox vaxt insanlar onun müalicəsində bir neçə səhvə yol verirlər".
KONKRET.az xəbər verir ki, bu barədə rusiyalı pulmonoloq Yekaterina Sak xəbərdarlıq edib.
Onun sözlərinə görə, əsas səhvlərdən biri quru öskürəyin mütləq yaş öskürəyə çevrilməli olduğu düşüncəsidir.
"Öskürək mütləq bəlğəmli olmamalıdır. Kəskin respirator virus infeksiyaları (KRVİ) zamanı öskürək çox vaxt udlağın arxa divarı boyunca seliyin axması və ya boğazda iltihab və ağrı səbəbindən yaranır. Bu halda heç bir bəlğəm olmayacaq, burunu yumaq və çoxlu maye içmək daha məntiqlidir. Həmçinin bronxial astma, bəzi təzyiq dərmanlarının qəbulu və qastroezofageal reflüks xəstəliyi (QERX) zamanı da quru öskürək ola bilər, burada da heç bir bəlğəm olmayacaq. Buna görə öskürəyin səbəbini müəyyən etmək üçün həkimə müraciət etmək daha yaxşıdır", – deyə Sak qeyd edib.
Həkim bildirib ki, ikinci səhv bəlğəm ifrazı zamanı öskürəyi bloklayan dərmanların qəbuludur.
"Bu, tez-tez rast gəlinən bir səhvdir, belə etmək lazım deyil. Məsələ burasındadır ki, bu halda öskürək əksinə bizə çox lazımdır ki, bəlğəm xaric edilsin. Öskürək refleksini bloklaşdırsaq, nə olacaq? Bəlğəm bronxlarda durğunlaşacaq və iltihabı gücləndirəcək", – deyə həkim bildirib.
Mütəxəssisin sözlərinə görə, üçüncü geniş yayılmış səhv öskürəyi antibiotiklərlə müalicə etməkdir, çünki çox vaxt soyuqdəymə virus infeksiyası səbəbindən baş verir, antibiotiklər isə viruslara təsir etmir.
"Virus infeksiyası bakterial infeksiyaya keçə bilmir, ona görə də antibiotiklərin öldürəcəyi heç nə yoxdur. Əlbəttə, çox nadir hallarda virus infeksiyasına bakterial infeksiya qoşulur. Amma bu, özbaşına antibiotiklər təyin etmək üçün səbəb deyil, həkimə getmək daha yaxşıdır", – deyə Sak bildirib.
Pulmonoloq bildirib ki, son geniş yayılmış səhv xalq vasitələri, otlar və yağlarla inhalyasiya etməkdir.
"Birincisi, hər öskürəyə inhalyasiya lazım deyil. İkincisi, əgər nebulayzer vasitəsilə inhalyasiya ediriksə, yalnız bunun üçün nəzərdə tutulmuş vasitələrdən istifadə etmək lazımdır. Heç bir halda dəmləmələr, otlar, yağlar istifadə etmək olmaz. Bu, təkcə səmərəsiz deyil, həm də təhlükəli ola bilər. Ağır allergik reaksiyalar, bronxospazmın güclənməsi, yağlı pnevmoniyanın yaranması mümkündür. Vəziyyəti ağırlaşdırmayın", – deyə həkim sözlərini yekunlaşdırıb.//Oxu.az

Sağlamlıq       Tarix: 13 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?

İranda qrip və COVID-19-a yoluxma hallarının artması, eləcə də ölüm faktlarının qeydə alınması regionda epidemioloji vəziyyətlə bağlı narahatlıq yaradıb. Bu fonda infeksiyaların Azərbaycanda yayılma riski, mövsümi xəstəlikləri

Ucuz qiymətə satılır, faydaları isə saymaqla bitmir – EKSPERT AÇIQLADI

Son dövrlər Bakının balıq bazarlarında kilkəyə marağın artdığı müşahidə olunur. Digər balıq növləri ilə müqayisədə daha münasib qiymətə satılan kilkə həm əlçatanlığı, həm də zəngin qida tərkibi ilə istehlakçıların diqqətin

Xərçəng xəstəsi ilə eyni evdə yaşamaq təhlükəlidirmi? – MÜHÜM AÇIQLAMA

Xərçəng xəstəliyi ilə bağlı cəmiyyətdə yayılan yanlış təsəvvürlərdən biri də onun yoluxucu olmasıdır. Halbuki xərçəng xəstəsi ilə eyni evdə yaşamaq, ünsiyyətdə olmaq, eyni qab-qacaqdan istifadə etmək və ya fiziki təmasd

Kolbasa və sosiska alarkən diqqətli olun: Bu əlamətlər təhlükədən xəbər verir

Son günlər Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən "Malakanka" MMC-yə məxsus müəssisədə yararlılıq müddəti bitmiş kolbasa və süd məhsullarının aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəm

Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir

"Bioloji fəallığa malik qida əlavələrinin nəzarətsiz və həkim məsləhəti olmadan qəbulu qaraciyər sağlamlığı üçün ciddi təhlükə yaradır". xəbər verir ki, bu barədə tibb elmləri namizədi, qastroenteroloq Yekaterin

Azərbaycanda hər 6 aydan bir məcburi tibbi müayinə tətbiq oluna bilər? – AÇIQLAMA

Xərçəng xəstəliklərinin erkən aşkarlanması və ölüm hallarının azaldılması müasir səhiyyənin ən mühüm prioritetlərindən biridir. Mütəxəssislər hesab edirlər ki, onkoloji xəstəliklərlə mübarizədə ən təsirli vasitələrdən bir

Estetik əməliyyatlar dəbdədir, bəs niyə ayrıca ixtisas kimi tədris olunmur? – AÇIQLAMA

Azərbaycanda estetik əməliyyatlara tələbatın artmasına baxmayaraq, plastik və estetik cərrahiyyənin ayrıca ixtisas kimi tədris olunmaması müzakirə mövzusudur. Bəs bu sahədə ixtisaslaşmanın genişləndirilməsi nə dərəcədə vacibdi

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son durum xeber saytlari xabarlar en sonxeber