Özbəkistanın ekologiya naziri: COP29 əvvəllər nail olunmamış hədəflərə çatmaq üçün şansdır

Özbəkistanın ekologiya naziri: COP29 əvvəllər nail olunmamış hədəflərə çatmaq üçün şansdırAzərbaycan Cənubi Qafqaz regionunda Özbəkistanın əsas tərəfdaşıdır.
Bu barədə "Report"a müsahibəsində Özbəkistanın ekologiya, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi naziri Əziz Abduhakimov bildirib.
Ölkələr arasında əməkdaşlıq getdikcə daha çox geosiyasi və iqtisadi əhəmiyyət kəsb edir. Zaman təsdiq edir ki, Özbəkistan-Azərbaycan münasibətləri böyük potensiala malikdir və həm Cənubi Qafqaz, həm də bütün Mərkəzi Asiya üçün davamlı inkişafın təmin edilməsində mühüm rol oynaya bilər.
Azərbaycanın bərpa olunan enerji sahəsindəki zəngin potensialını nəzərə alaraq, Özbəkistan ölkənizin "yaşıl enerji", "yaşıl hidrogen" potensialının inkişafı layihələrinin həyata keçirilməsi, özəl investisiyalar hesabına istilik elektrik stansiyalarının tikintisi sahəsində bilik mübadiləsi, "ağıllı şəhər", "ağıllı kənd" yanaşmaları, həmçinin təmiz texnologiyaların tətbiqi və "yaşıl enerji" zonasının yaradılması sahəsində təcrübəsini öyrənə bilər.
İqlimşünasların hazırlanması sahəsində praktiki əməkdaşlığın inkişafı məqsədilə Özbəkistan üçün Daşkənddə yerləşən Mərkəzi Asiya Ətraf Mühit və İqlim Dəyişiklikləri Universitetinə (Green University) Azərbaycandan mütəxəssislərin cəlb edilməsi çox vacibdir.
Azərbaycan və Özbəkistan transsərhəd su ehtiyatlarından yüksək asılılıq kimi oxşar ekoloji şəraitlə üzləşir. Ölkələrimiz ümumi çağırışların həlli üçün səmərəli əməkdaşlıq edə bilər. Qarşılıqlı fəaliyyət su ehtiyatları infrastrukturunun modernləşdirilməsinə, dayanıqlı kənd təsərrüfatının inkişafına, yaşıllaşdırma təşəbbüslərinə və təcrübə mübadiləsinə yönəldilə bilər.
Azərbaycanın enerji keçidi və iqlim dəyişikliyi ilə mübarizə məsələlərində nailiyyətlərini nəzərə alaraq, Özbəkistan da "yaşıl enerji"yə tədricən keçid planı hazırlaya bilərdi.
Bakı konfransında Dubayda keçirilən COP28-də reallaşdırılmayan hədəflərə çatmaq üçün yeni fürsət yaranacaq. Ümid edirik ki, ölkələr texnoloji həllərlə bağlı nailiyyətlərini açıq şəkildə nümayiş etdirəcək. COP29-un əsas mövzusunun iqlim maliyyələşdirilməsi ilə bağlı olacağını nəzərə alaraq, qarşıdakı tədbirdə maliyyə vəsaitinin cəlb edilməsi üçün etibarlı və ambisiyalı planın hazırlanmasına ümid edirik.

Siyasi       Tarix: 07 noyabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler azerbaycan xeberler bugun cəbhədən ən son xəbər sonxeber az