"Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı" - Sərkisyan
Nikol Paşinyan ABŞ-a səfəri ərzində Vaşinqtonun İrəvanla bağlı siyasətinin necə olacağı sualına cavab ala bilmədi.
KONKRET.az xəbər verir ki, bu sözləri "Sputnik Ermənistan"a açıqlamasında politoloq, Erməni Amerika Araşdırmaları Mərkəzinin direktoru Suren Sərkisyan Ermənistan Baş naziri Paşinyanın Amerikaya təxminən 7 günlük səfərini şərh edərkən deyib.
Sərkisyanın fikrincə, Ağ Evdə yeni komandanı və yanvarda imzalanmış strateji əməkdaşlıq sənədini nəzərə alsaq, Ermənistanın informasiya və siyasi mühitində müəyyən müsbət gözləntilər ola bilərdi:
"Lakin rəsmi şəxslərdən yalnız vitse-prezident Vens Paşinyanla görüşüb. ABŞ-da vitse-prezident institutu siyasi iyerarxiyada o qədər də nüfuzlu deyil, xarici siyasət məsələlərində onun preroqativləri yoxdur. Görüşün özü də çox güman ki, 5-7 dəqiqə davam edib və sırf tanışlıq xarakterli olub. Açığı, belə bir görüşdə ciddi geosiyasi məsələlər müzakirə oluna bilməzdi.
Ermənistanın baş naziri qərar qəbul edən heç bir şəxslə görüşməyib. O, nə prezident Trampla, nə dövlət katibi Rubio ilə, nə müdafiə naziri ilə, nə də prezidentin milli təhlükəsizlik müşaviri ilə görüşüb. Yalnız bunlar ABŞ-ın xarici siyasətinin nədən ibarət olacağını müəyyənləşdirən rəsmilərdir. Ona görə də Paşinyan üçün ABŞ-ın Ermənistan siyasətinin necə olacağı sualı açıq qalır.
Vaşinqtondakı yeni administrasiyanın Bayden dövründə Ermənistan hakimiyyətinə verilən eyni siyasi dəstəyi davam etdirib-etdirməyəcəyi bəlli deyil".
Qeyd edək ki, Paşinyan arvadı ilə birgə 1 fevralda ABŞ-a yola düşüb. Paşinyan Vaşinqtonda keçirilən Beynəlxalq Dini Azadlıq Sammitində və Milli Namaz Səhər yeməyində iştirak edib, həmçinin ABŞ səfirliyində erməni icması ilə görüşüb, Atlantik Şurada çıxış edib. Geri qayıtmazdan bir gün əvvəl isə onu vitse-prezident Ceyms Devid Vens qəbul etdi.//axar.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı