"Paşinyan belə kəskin addımlar atarsa, vay Ermənistanın halına" - Danielyan

" class="imgbcode" />"Brüsseldəki bu görüş Ermənistana nə verdi? Aİ və ABŞ Ermənistandan nə gözləyir?"
KONKRET.az xəbər verir ki, bunu erməni politoloq, analitik Stepan Danielyan bildirib.
"Mən bu suala sualla cavab verərdim: Brüssel görüşünə Ermənistanı dəvət etmək nəyə lazım idi? Qərb istəyir ki, Ermənistan Rusiya əleyhinə qəti addımlar atsın və bəlkə də Rusiyanın təsirindən çıxmaq üçün daha cəsarətli olsun", – deyə Stepan Danielyan bildirib.
Politoloqun fikrincə, cəsur olmaq bəlkə də ilk növbədə Rusiya hərbi bazasının çıxarılmasını nəzərdə tutur. Bu kontekstdə o, rus sərhədçilərinin hava limanından çıxarılmasını təsadüf hesab etməyib və bunun həm də həmin səfərə hazırlıq məqsədi daşıdığını qeyd edib.
"Onların tələbi belə idi: addım atın, Rusiya geri çəkiləcək, o zaman kömək edəcəyik. Kömək edəcəklər, ya etməyəcəklər, onların sözlərinə inanmaq lazımdır, ya yox, bu, başqa məsələdir. İndi növbəti sual yaranır: Baş nazirin bu qədər cəsarəti varmı?
Qərb Rusiyaya qarşı konkret addımlar tələb edir. Bütün görüşün mahiyyəti də məhz bu idi. Görünür, Nikol heç bir kəskin addım atmağa cəsarət etmir, ona görə də bu, müəyyən pul vədi ilə nəticələnib. Verəcəklər, ya verməyəcəklər – bu da başqa sualdır. Görüşün dərin hekayəsi də budur", – Stepan Danielyan əlavə edib.
Buna baxmayaraq, Nikol Paşinyan belə kəskin addımlar atmağa qərar verərsə, o zaman vay Ermənistanın halına.
"Onun çoxlu resursu yoxdur, başa düşür ki, bunu edə bilməz. İqtisadi asılılığı bir kənara qoyaq, həm də təhlükəsizlik, həm də komandasına güvənmək baxımından ciddi sorumlar var.
Paşinyan anlayır ki, o, kəskin addımlar ata bilməz, xüsusən ona görə ki, kəskin addımların nəticələri ilə üzləşmək üçün Qərbdən ona aydın təminat verilmir. Həmişə olduğu kimi, 2018-ci ildən başlayaraq aldatmağa, manevrlər etməyə, yəni jurnalist siyasətini böyük siyasətdə davam etdirməyə çalışır. Bu, sarı mətbuatın siyasətidir".
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 06 aprel 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezenesi son xabarlar apa.az xeberler son xeber az