Paşinyan: "Biz İran və Rusiyanı Aİ ilə yaxınlaşma planlarımız barədə məlumatlandırırıq"
Davosda keçirilən panel müzakirələrdə iştirak edən Nikol Paşinyan sülhdən danışıb. Daha sonra Ermənistanın Türkiyə ilə diplomatic əlaqələr qurmaq perspektivinə toxunub:
"Məndən tez-tez soruşurlar ki, bu məsələdə pessimistəm, yoxsa optimistəm. Cavab verirəm ki, mən nə pessimist, nə də optimist deyiləm, realistəm. Problem həll olunana qədər işləməliyik. Əsas məsələ sülh gündəmindən yayınmamaqdır, məqsədə köklənməliyik. Bu problemin həlli üçün beynəlxalq ictimaiyyətin də dəstəyinə ehtiyacımız var və ümid edirəm ki, bu dəstək bizə də göstəriləcək". Paşinyan Ermənistanın nə üçün Avropa İttifaqına yaxın olmaq istəməsi sualına cavab verərək deyib ki, Ermənistan demokratiya yolunu seçib, İrəvan isə iqtisadi əlaqələr baxımından Avropa İttifaqına mümkün qədər yaxın olmaq istəyir: "Biz tərəfdaşlarla münasibətlərimizdə şəffafıq. Biz İran və Rusiyanı Aİ ilə yaxınlaşma planlarımız barədə məlumatlandırırıq, çünki başa düşürük ki, regionun inkişafına dəstək lazımdır və sabitliyin itirilməsinə səbəb ola biləcək balansı itirməmək vacibdir".
Vəli Həsənoğlu,
KONKRET.az

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi