Paşinyan hərbi xidmət müddətini azaldır - Bahalı ordu saxlaya bilmir, yoxsa...? - İLGİNC MƏQAMLAR
Ermənistan hökuməti 2026-cı ilin yay çağırışından etibarən icbari hərbi xidmət müddətinin iki ildən bir il yarıma endirilməsi layihəsini müzakirəyə çıxarıb. Maraqlıdır, bu dəyişiklik Ermənistanın Qərb və ya Rusiya ilə hərbi əməkdaşlıq siyasətinə necə təsir edə bilər?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Elçin Xalidbəyli bildirib ki, bu addım ilk növbədə Ermənistanın iqtisadi imkanlarının məhdudluğu ilə bağlıdır:
"Ermənistanın hazırda böyük və bahalı ordu saxlamaq imkanları yoxdur. İqtisadiyyat belə bir yükü çəkmək gücündə deyil. Əvvəllər 2 il xidmət edən erməni əsgərlərin bundan sonra 1 il yarım xidmət etməsi ordunun saxlanma xərclərinin azaldılmasına yönəlib. Bu həm də ölkənin sosial-iqtisadi vəziyyətindən qaynaqlanır".
Politoloqun sözlərinə görə, Rusiya bu məsələyə qarışmaq imkanına malik deyil:
"Son vaxtlar Ermənistan Rusiyadan hərbi texnika idxalını da azaldıb. Moskvanın bu sahədə hər hansı qərara müdaxiləsi tamamilə yersiz olardı. Digər tərəfdən, Qərb dairələri də indiyədək Ermənistana vəd etdikləri dəstəyi göstərməyə tələsmirlər. Avropa İttifaqı müəyyən vədlər versə də, onların icrasında ləngimələr müşahidə olunur".
Elçin Xalidbəyli hesab edir ki, hərbi xidmət müddətinin azaldılması həm də regionda sülh prosesinə müsbət təsir göstərə bilər:
"Azərbaycanla müharibə sona çatıb, sülh prosesi böyük sürətlə inkişaf edir. Bu baxımdan, rəsmi İrəvan hərbi xərcləri azaltmaqla digər sahələrə resurs ayırmağı daha məntiqli hesab edir. Ermənistan aqressiv işğalçı siyasətindən uzaqlaşarsa, Azərbaycanla münasibətləri də normallaşa bilər. Bu dəyişiklik regional sülh prosesi üçün də pozitiv məqamdır".
Müşviq Tofiqoğlu
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib