Paşinyan kilsədən şəffaf iqtisadi fəaliyyət tələb etmək istəyir
Ermənistanın baş naziri Nikol Paşinyan İsveçrədəki erməni icmasının nümayəndələri ilə görüşündə Erməni Apostol Kilsəsinin iqtisadi fəaliyyətinin qeyri-şəffaflığını problem hesab etdiyini bildirib.
Bu barədə TASS məlumat yayıb.
"Diaspor nümayəndələrindən biri hökumətlə kilsə arasında hansı problemlərin olduğunu soruşub. Ona dedim ki, məncə, kilsə şəffaf olmalıdır. Hamı hökumətdən şəffaflıq gözləyir. Biz bu tələblə razıyıq, bəs niyə kilsə qeyri-şəffaf olmalıdır?" - Ermənistan Nazirlər Kabinetinin rəhbəri soruşub.
N.Paşinyan bildirib ki, əgər dövlətdə kimsə nəsə satırsa, vergi ödəyirsə, "bəs niyə kilsə şam satanda ödəmir?".
"Amma biz bu pulları büdcəyə göndərmək fikrində deyilik, hamısını son qəpiyinə qədər kilsəyə qaytaracağıq", - o əlavə edib.
Baş nazir, həmçinin kilsənin fəaliyyəti dövlətdən ayrı olduğu üçün bütün ermənilərin katolikosu II Qaregini dəyişmək məqsədi güdmədiyini vurğulayıb.
///report

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi